Modern.az

İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb

İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb

Aktual

26 Avqust 2019, 12:16

Nikel daşıyan yük gəmisi İndoneziya sahillərində fəlakət siqnalı verib və bundan sonra onunla bir daha əlaqə yaratmaq mümkün olmayıb.

 

Modern.az xarici KİV-lərə istinadənxəbər verir ki, göyərtəsində 25 nəfərin olduğu “MV Nur Allya” adlı gəmi ilə bağlı insident avqustun 25-də baş verib. Axtariş-Xilasetmə Əməliyyatları üzrə Milli Mərkəzin nümayəndəsi Yusif Lətif hadisə zamanı gəminin Cənub-Şərqi Sulavesi əyaləti istiqamətində hərəkət etdiyini və Buru adası yaxınlığından keçərkən fəlakət siqnalı verdiyini deyib.

 

Əlverişsiz hava şəraiti ilə əlaqədar gecə saatlarında axtarış-xilasetmə əməliyyatı dayandırılıb. Bazar ertəsi axtarışların davam etdiriləcəyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü