Arxiv
29 Avqust 2019, 13:08 | AKTUAL
Kinorejissorlar Gildiyası “Connect TV”ni məhkəməyə verib - “Qonorarımızı ödəyin!”

Azərbaycan Professional Kinorejissorlar Gildiyası “Connect TV” kabel televiziyasına qarşı əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia qaldırıb.

Modern.az xəbər verir ki, Bakı Apellasiya Məhkəməsində işin icrası ilə bağlı məhkəmə prosesi keçirilib.

Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə tərəflər dinlənilib. Gildiyanın üzvləri olan Azərbaycanın tanınmış kinorejissorları məhkəmə qarşısında çıxış edərək, öz haqlarını tələb ediblər. Ədalətin bərqərar olunmasını istəyən mədəniyyət nümayəndələri çəkdikləri filmlərin göstərilməsinin qarşılığında qonorar ödənilməsini tələb ediblər.

Maraqlıdır ki, “Connect TV” nə müəyyən olunmuş qonorar məbləğini ödəmək, nə də Kinorejissorlar Gildiyası ilə müqavilə bağlamaq niyyətindədir.

Məhkəmədə bildirilib ki, bundan əvvəl mübahisəyə Ali Məhkəmədə baxılıb və ədalətsiz qərar çıxarılıb.

Gildiyanın sədri Hüseyn Mehdiyev Modern.az-a açıqlamasında bildirib ki, “Müəllif Hüquqları və əlaqəli hüquqlar haqqında” qanuna və Nazirlər Kabinetinin 20 oktyabr 2017 ci il 466 nömrəli qərarına əsasən,  Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, rentranslasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayımlanmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Həmin qərarda ödəniləcək qonorarın məbləği də göstərilib: gəlirin 0.5%-i. Buna görə “Connect TV” kabel operatoru Kinorejissorlar Gildiyası ilə müqavilə bağlayaraq müəlliflərə qonorar ödəməlidir.

Məhkəmə prosesində üçüncü tərəf kimi Əqli Mülkiyyət Agentliyinin əməkdaşları iştirak edib. Həmin mütəxəssislər agentliyin adından  çıxış edərək, Gildiyanın haqlı tərəf olduğunu əsaslandırıblar.

Hakimin qərarı ilə həhkəmə prosesi sentyabr ayının 18-ə təxirə salınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18