Modern.az

4 avtomobil toqquşdu: 1500 abonentin qazı kəsildi - FOTO

4 avtomobil toqquşdu: 1500 abonentin qazı kəsildi - FOTO

Hadisə

30 Avqust 2019, 18:50

Qazax rayon mərkəzindəki N.Nərimanov küçəsində saat 17 radələrində 4 avtomobil toqquşub.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb.

 

Hadisənin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir