Arxiv
2 Sentyabr 2019, 15:32 | İQTİSADİYYAT
Azərbaycanda alternativ enerji istehsalı… Nazirlik statistikanı AÇIQLADI

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdiyi ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Neft-qaz ehtiyatlarının tükənməsi dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Buraya müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerji resursları daxildir. Bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, ekoloji cəhətdən heç bir problem yaratmır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir.

 

 Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir, alternativ enerji vasitələrindən istifadə olunurmu? Bu enerji ümumi enerji istehsalının neçə faizini təşkil edir?

 

Mövzu ilə bağlı Modern.az-ın sorğusunu Energetika Nazirliyi cavablandırıb.

 

“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi 3 000 MVt, günəş enerjisi 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hal-hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7146 MVt, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 18%-ni təşkil edir”.

 

Nazirlik alternativ enerji mənbələrinin dəqiq statistikasını da açıqlayıb.

 

“Elektroenergetika sistemində ümumi gücü 1134 MVt olan 21 ədəd su elektrik stansiyası (11 ədədi kiçik su elektrik stansiyası), 37 MVt gücündə bərk məişət tullantılarının yandırılması zavodu, ümumi gücü 63,3 MVt olan 4 külək elektrik stansiyası, ümumi gücü 34 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 6,7 MVt olan bir ədəd hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir”.

 
Nazirlikdən verilən məlumata görə, xarici şirkətlər bərpa olunan enerji mənbələrindən istifadənin daha da genişləndirilməsi sahəsinə maraq göstərirlər:

 

“Energetika Nazirliyi 9 beynəlxalq şirkətlə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirən anlaşma memorandumları imzalayıb. Azərbaycanda zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq üzrə danışıqlar davam etdirilir. Sahə üzrə qanunvericilik bazası tam formalaşdırıldıqdan sonra, gələn ildən hərracların keçirilməsi planlaşdırılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37 İrandakı zəlzələ Naxçıvanda da hiss olundu 11 Noyabr 2019, 14:20 Göyçayda ev yandı 11 Noyabr 2019, 14:05 Sabah 2020-ci ilin büdcə müzakirəsi başlayır 11 Noyabr 2019, 13:50 Orta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək 11 Noyabr 2019, 13:36 Gəncədə QƏTL - Baş Prokurorluq və DİN: “Şübhəli şəxs saxlanılıb” 11 Noyabr 2019, 13:12 Bayram günləri yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər yaralanıb 11 Noyabr 2019, 12:56