Arxiv
3 Sentyabr 2019, 08:36 | ÖLKƏ
Azərbaycanda Prezidentdən də çox maaş alanlar - Ayda 50 min, 100 min manat...

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Ölkə başçısının qərarı 1 milyon 350 min nəfərə şamil olunub.

Maraqlıdır, hazırda Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr hansılardır?

Ən yüksək maaş bu sahələrdədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Azərbaycanda ən çox maaş verilən sahələr neft-qaz-mədən sektorundadır:


“Bu sahə üzrə dövlət sektorundakı işçilərin əməkhaqqı 1500 manat, özəl sektorda 4000-4500 manatdır. İkinci yerdə bank, maliyyə, sığorta fəaliyyətilə bağlı sahələr dayanır. Bu sahə üzrə dövlət sektorunda maaş 1400-1500 manat, özəl sektorda 1600 manata yaxındır”.

 


“230-300 manat maaş alanlar da var”

 

İqtisadçı-deputatın sözlərinə görə, ən az əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrindədir:

“Bu sektorlar üzrə həm dövlət, həm də özəl sahələrdə əməkhaqqı aşağıdır. Səhiyyə, sosial xidmətlər sahəsində əməkhaqqı 230-300 manata yaxındır. Amma ümumilikdə özəl sektorda dövlət sektoruna nisbətən əməkhaqlarının yüksək olduğu sahələr daha çoxdur. Peşə, elmi, texniki  fəaliyyət sahəsində dövlət sektorunda 400-500 manat maaş verilirsə, özəldə bu məbləğ 2 min manatadəkdir. Belə fərqlər çoxdur”.

 

100 min manat maaş...

 

V.Əhmədov ayrı-ayrı özəl şirkətlərdə 50-100 min manat maaş alanların olduğunu istisna etməyib:


“Bunlar iri özəl şirkətlərdir. Onlar öz gəlirlərindən dövlət büdcəsinə vaxtlı-vaxtında vergi ödəyirsə, istədiyi maaşı verə bilər. Amma belə olanda dövlət və özəl sektor arasındakı əməkhaqqı fərqi getdikcə artır. Bunun da müəyyən araşdırmalara ehtiyacı var”.

 

“Rüfət Aslanlı maliyyə sektorunun qara səhifəsidir”

 

Parlamentari qeyd edib ki, özəl sektorda daha yüksək maaş faktlarını mətbuatda gedən məlumatlardan da görmək olar:

“Bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Platasının sabiq rəhbəri Rüfət Aslanlının maaşı barəsində də məlumatlar tirajlanırdı. Onu da deyim ki, Rüfət Aslanlı iqtisadiyyatda bir epizod idi, keçib getdi. Azərbaycan maliyyə sistemi tarixində qara səhifə idi, bir dəfə oxundu, onunla da bitdi”.

 
“Onun maaşını müqayisə edib, uzağa getmək olardı”

 

İqtisadçı jurnalist Əli Əhmədov da öz növbəsində Modern.az-a açıqlamasında Azərbaycanda ən yüksək əməkhaqqı verilən sahələr barədə danışıb. O bildirib ki, ən yüksək maaş neft-qaz, informasiya-kommunikasiya texnologiyaları, bank sektoru, mobil operatorlardan – “Azercell”, “Bakcell”, “Nar” dadır:

“Təqribən iki il əvvəl isə KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşları açıqlandı. Həmin məlumatlarda Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının (indi DŞ ləğv olunub və R.Aslanlı da işdən azad edilib ) aylıq maaşı 65 min manat göstərilmişdi. KİV-də hay-küy qalxdı ki, onun maaşı prezidentin (15 min manat) maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur. Əslində real rəqəmlər də bundan çox fərqlənmirdi. Palatanın keçmış rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400  min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafında olmuşdu. Həmin məbləğdən  38% (35% vergi, +3% DSMF-ə ödənişlər) çıxıldıqdan sonra təmiz maaş 36 min manat təşkil edirdi. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin (15000 manat), baş nazirin (2460 manat) və nazirlərin maaşları (1925) ilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olardı”.

 


Bank sektorundakı “bulaq”ın qaynağı

 

Əli Əhmədov qeyd edib ki, gəlirli sahələrdən sayılan maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir:


“Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşları  nazirlərin əməkhaqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların Müşahidə Şurası və ya İdarə Heyəti sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir. Məsələn, bir neçə il əvvəl riteyl banklarından birinin aparıcı rəhbəri, indi isə başqa bir holdinqə rəhbərlik edən şəxs ilin nəticələrinə görə 5 milyon dollarlıq bonus almışdı.

İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirlər  gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır”.


Baş nazirin maaşını qazanmaq üçün...

 

İqtisadçı jurnalistin sözlərinə görə, maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur:


“Hələ bir neçə il əvvələ qədər Mərkəzi Bankın rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişirdi. Bu mənada maliyyə sektorunun bir hissəsi olan və yüksək peşəkarların işlədiyi Maliyyə Bazarlarına Nəzarət Palatasında da əmək haqlarının yüksək olması başadüşüləndir. Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı (1925 manat) banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır. Baş nazirin maaşını (2460 manat) qazanmaq üçün isə tikinti sahəsində icraçı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48