Arxiv
9 Sentyabr 2019, 11:20 | ƏDƏBİYYAT
Manqala od salınmadı

Akif Cabbarlı

 

 

Nizam Nazimzadə uzaq qohumlarından olan Səftər kişinin təklifini yerə salmaq istəmədi. Məzuniyyətinin axırıncı günlərinin birində ailə üzvləri ilə birgə dincəldiyi pansionatdan o qədər də uzaq olmayan geniş, səliqəli həyətdə adına açılmış zəngin süfrənin ətrafına toplaşdılar. Səftər kişinin evi uca dağların lap ətəyində, qocaman palıd və vələs ağaclarının kölgələndirdiyi yamyaşıl ərazidə, axarlı-baxarlı yerdə idi. Nizam müəllim bu tərəflərə yaxşı bələd idi, dəfələrlə ezamiyyətə gəlmiş, yaxınlarının toy və yas mərasimlərində iştirak etmişdi. Bu dəfə isə istirahətə gəlmişdilər və Səftər kişi də qohumunun bir neçə saatını “oğurlamağa” qərar vermişdi. Strateji məqsədi isə...

Nizam müəllimi stolun başına keçirdilər. Təbii ki, yaşca hamıdan böyük idi və paytaxtdan təşrif buyurmuşdu. Qonaq yerini tutmaq üçün irəliləyəndə bir az aralıda iri kabab manqalını, yanında da on-on beş şişi görəndə “hə, heç olmasa, qohumumgildə uşaqlar bir ləzzətli kabab nuş eləyərlər” deyə ürəyindən keçirdi. Ətrafda cükküldəşən ağlı-qırmızılı beçələr də adama gəl-gəl deyir, sanki şəhərli qonaqların ağız ləzzətini dəyişəcəkləri anı gözləyirdilər.

Süfrəyə çay gəldi. Cürbəcür mürəbbələr, limon, şirniyyat ev yiyəsinin səliqə-sahmanından və qonaqpərvərliyindən xəbər verirdi. Səftər kişi qohumlarına bir daha “xoş gəldin” eləyib dərhal da kənd fəndgirliyini işə salıb konkret mətləbə keçdi:

-Yenə ordasan, eləmi? Allah səni başımızın üstündən əskik eləməsin. Bizim gədə də bu il universiteti bitirdi da, deyir ki, mütləq Nizam əminin idarəsində işləyəcəm. Bu məsələyə nə deyirsən, hə, müəllim?..

-Ay Səftər kişi, vallah, daha əvvəlki işimdə deyiləm, doğrusu, sözümü də eşidən yoxdur. İndi başqa zamandır, hər kəsi biliyinə, bacarığına görə seçib işə götürürlər, özü də test yolu ilə.

-Sən nə danışırsan, a kişi, biz də elə bilirdik ki...

-Hə, ay Səftər kişi, sən gör bir başqa adam-zad taparsanmı? Vallah, oğlunun bacarığı, istedadı olmasa...

Nizam sözünü bitirməmiş Səftər dilxor halda ayağa durdu. Ayağını sürüyə-sürüyə həyətin küncündəki mətbəxə sarı getdi. Orada yemək hazırlayan arvadı, gəlini ilə qısaca, amma eşidilməyən tərzdə nə isə pıçıldaşdılar. Səftər yerinə qayıdar-qayıtmaz oğlu anası ilə gəlib hələ od salınmamış manqalı aparıb evin arxasında görünməzliyə təhvil verdilər.

Məclisə sükut çökmüşdü. Nizam müəllim çayını axıradək içməmiş, arvadı və qızı isə heç əllərini stəkana uzatmamışdılar. Bir az keçdi, ortalığa padnosda yemək gətirildi – qızardılmış kartof, yanında da broyler toyuğunun ürəkbulandıran gömgöy tikələri.

...Ətrafda isə kənd çolpaları əvvəlki tək qağanaqlayıb xorla “biz hələ yaşayacağıq” nəğməsini oxuyurdular.

 

 “Bəlkə o günləri bir yad eləyək...”

 

İsti yay günlərinin birində jurnalist həmkarım və dostum Mübariz Süleymanlı ilə şəhəri əriş-arğac gəzib yorulmuş, acından da əldən düşmüşdük. İşlərimizi yoluna qoymuşduq, yalnız yüngülcə nahar edib ayrılmağımız qalmışdı. Mübariz təklif elədi ki, beş-on addımlıqdakı “Bistro” kafesinə baş çəkək, kəmərin altını bərkitmək üçün orada bir şey taparıq.

Səməd Vurğun bağının yaxınlığında, yolun lap kənarındakı kafedə tünlük idi. “Bistro”, yəni ki, bizim dildə ayaqüstü naharlamaq, qəlyanaltı məkanı mənasını verən kafedə özümüzə bir künc tapdıq. Mübariz piştaxtaya yaxınlaşıb kiçik boşqablarda bir neçə adda yemək nümunələri gətirib stolun üstünə düzdü. Aclığımızı təzəcə “öldürürdük” ki, içəri iki nəfər bazburutlu kişi girdi. İkisi də yayın istisində qapqara kostyumda, qalstukda, ağ köynəkdə, saçları da səliqə ilə daranmış, brialinli vəziyyətdə. İkisi də saatını son dəblə sağ biləyinə vurmuşdu, yanaqlarından qan damırdı, qıpqırmızı idilər. Sifətin qızartısı qan təzyiqinin qalxmasına, insanın hirsli-havalı olmasına, bir də ki, sərxoşluğuna dəlalət edir – deyə Mübariz bu sahədə daha məlumatlı olduğunu sübut etmək istədi. Mən də “bəlkə bura girdiklərindən utanırlar, ona görə qızarıblar” desəm də, dostum razılaşmadı.

Kişilərdən biri əlindəki qəzet bükülüsündən bir dəmir qatlama asılqan çıxardı, sonra pencəklərini çıxarıb asılqana keçirdilər. elə bil əlləri ilə qoymuşdular, yan divarda güclə görünən paslanmış mıxı əlləri ilə yoxladılar, sonra da asılqanı mıxa keçirdilər. Əlbəttə, kafedə paltar, papaq qoymaq üçün heç bir şərait yox idi, adamları da qınamaq olmazdı, daha pencəklərini yemək stollarının üstünə sərməyəcəkdilər ki...

Buracan dediklərimə inandığınıza mən özüm də tam inanıram. Sonrasını deyim. Bu iki nəfərdən biri yüz qramı içəri atan kimi yanıma gəldi. Rus dilində məni salamlayıb, əlini çiynimə şappıldatdı:

-Tı menya uznal, brat? – dedi.

-Yox, tanımadım, - dedim.

-“26-lar” rayonunda komsomolda işləyirdim. Yadındadır, komsomol biletini itirdiyinə görə sənə töhmət vermək istəyirdilər, mən girdim qanının arasına. O vaxt qonaqlıq boyun olmuşdun, sonra rastlaşmadıq. Arabir səni tədbirlərdə görürdüm, amma bu məsələni xatırlatmağa ürək eləmirdim. Sən elə yerdə işləyirdin ki, fikirləşirdim xatası çıxar. Düzünü de, o vaxt biletini tapdın, yoxsa yox?..

-Tapdım, tapdım, narahat olmayın, - dedim.

On illər əvvəlin xoşagəlməz əhvalatını bütün təfərrüatı ilə xatırladım. Rus qarışığı olan bu kişi o vaxt cavan, yaraşıqlı bir komsomol işçisi kimi şəhərdə adla tanınırdı. İclaslarda alovlu nitqləri, konsertlərdə, festivallarda xüsusi fəallığı ilə seçilirdi. Həmişə qara kostyum geyinər, qırmızı qalstuk taxardı. Əlində də daim qırmızı rəngli bloknot olardı. Qızılı sağanaqlı eynəyi bu oğlana xüsusi yaraşıq verər, ətrafdakıların diqqətini dərhal çəkərdi. O illər çox uzaqda qalmışdı və həmin yaraşıqlı oğlan indi bazburutlu, amma yenə də cəlbedici görkəmiylə qarşımda dayanmışdı. Doğrusu, onun lütfkarlığını xatırlayıb xeyli kövrəldim və deyəsən hələ bir doluxsundum da...

-Hə, lap yaxşı, sən də salamatsan, mən də - köhnə tanışım dilləndi. Bir halda ki, sən də belə yerlərə ayaq açmısan, açıq danışmaq olar. Bratişka, bəlkə ortaya bir pollitr qoyub keçmiş günləri əməlli-başlı yada salaq, hə? Axı sən də yaxşı oğlansan...

Bu təklifə razılaşmamaq qətiyyən mümkün deyildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA 5 Avqust 2020, 15:23 İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib 5 Avqust 2020, 15:20 Siyavuş Novruzov: “Kim korrupsiya ilə məşğuldursa, adı deyilsin” 5 Avqust 2020, 15:18 Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib” 5 Avqust 2020, 15:17 Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33