Modern.az

Amerikalı repçi canlı yayımda öldürüldü

Amerikalı repçi canlı yayımda öldürüldü

10 Sentyabr 2019, 23:52

Amerikalı repçi Brian J.Quinones ABŞ-ın Minnepolis şəhərində polis tərəfindən öldürülüb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, repçi qırmızı işıqdan keçib.

Amma repçi polisin "dur" xəbərdarlığına məhəl qoymayaraq onlardan qaçıb.


Maraqlıdır ki, Brian bu zaman "Facebook" profilində canlı yayımda olub.

Sonda maşından bıçaqla enən Brian polisə hücum çəkib. "Bıçağı kənara qoy" xəbərdarlığına əhəmiyyət verməyən repçi polislər tərəfindən 5 dəfə açılan atəşlə öldürülüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir