Arxiv
12 Sentyabr 2019, 10:26 | AKTUAL
BANM I ixtisas qrupu  üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə ölkədə liderdir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb. 

 

Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı. 

 

İndiyədək  böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

 

Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb. 

 

Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını,  2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını  seçib. 

 

I qrup üzrə ən yüksək bal toplayan (690.5  bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub. 

 

Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft  Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır. 

 

Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov 20 Sentyabr 2020, 21:16 Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlandı 20 Sentyabr 2020, 21:04 Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR 20 Sentyabr 2020, 20:54 ABŞ nüvə silahlarını Avropadan çıxarmaq istəmir 20 Sentyabr 2020, 20:39 "Qarabağ" "Neftçi"yə qarşı 20 Sentyabr 2020, 20:23 Yol qəzası mərkəzi prospektdə tıxaca səbəb olub 20 Sentyabr 2020, 20:16 Ali məktəblərə ixtisas seçiminin MÜDDƏTİ uzadıldı 20 Sentyabr 2020, 20:01 “Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” - Deputat 20 Sentyabr 2020, 19:21 Azərbaycan Premyer Liqasının TƏQVİMİ 20 Sentyabr 2020, 18:36 Yeznə ov zamanı qaynını güllələyib 20 Sentyabr 2020, 18:01 Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” - Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR 20 Sentyabr 2020, 17:36 İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli HADİSƏ 20 Sentyabr 2020, 16:50 Bakıda tozun miqdarı normadan artıqdır - RƏSMİ 20 Sentyabr 2020, 16:29 Məşhur teleaparıcı vəfat etdi 20 Sentyabr 2020, 16:15 İlham Əliyevdən neftçilərə TƏBRİK 20 Sentyabr 2020, 15:44 Baş nazir müavini koronavirusdan öldü 20 Sentyabr 2020, 15:34 Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil” 20 Sentyabr 2020, 15:31 Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb 20 Sentyabr 2020, 15:27 Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma 20 Sentyabr 2020, 15:16 Etibar Əliyev xanım deputatı müdafiə etdi 20 Sentyabr 2020, 14:36 Bakcell neftçiləri təbrik etdi 20 Sentyabr 2020, 13:53 Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI 20 Sentyabr 2020, 13:45 Qarabağ icmasının sədri: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 20 Sentyabr 2020, 13:08 Qaret Beyl yenidən “Tottenhem”də 20 Sentyabr 2020, 12:51 Koronavirusla Mübarizə Fonduna yığılan vəsait artıb - Ən çox pul KÖÇÜRƏNLƏR 20 Sentyabr 2020, 12:46 Sabahın hava PROQNOZU 20 Sentyabr 2020, 12:45 Sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayan qazaxlı uşaq - FOTO 20 Sentyabr 2020, 11:45 Bakıda yoluxmaya görə öndə gedən rayonlar... - SİYAHI 20 Sentyabr 2020, 11:36 Koronavirusla bağlı 8 peyvənd sınaqların sonuncu mərhələsindədir   20 Sentyabr 2020, 11:15 Azərbaycanda yaş, cins bölgüsü üzrə virusa yoluxma, sağalma və ölüm... 20 Sentyabr 2020, 10:52 Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev... 20 Sentyabr 2020, 10:43 Bölgələr üzrə koronavirusa yoluxma - Birinci yerdə Bakı, sonuncu yerdə... 20 Sentyabr 2020, 10:34 Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR 20 Sentyabr 2020, 10:15 Ermənistan atəşkəsi 30 dəfə pozdu 20 Sentyabr 2020, 09:42 Paris İrəvanı Yaxın Şərqə “qaytarır” 20 Sentyabr 2020, 09:39