Arxiv
12 Sentyabr 2019, 15:27 | MƏDƏNİYYƏT
Çoban yeməyindən kral süfrəsinə - kifli pendir

Kiflənmiş deyib keçməyin, çox bahalı pendir növüdür rokfor. Modern.az-ın məlumatına görə, bir çoban sayəsində kəşf olunan pendir sonralar Fransada kralların pendiri kimi məşhurlaşır. Bu gün də pendiri və şərabı ilə məşhur Fransada şərabın yanına yaraşan ən gözəl pendir sayılır. Yumşaqlığı və ağızda əriyən dadı ilə şöhrətinə şöhrət qatılıb.

 

Əfsanəyə görə, çox qədim zamanlarda bir çoban Fransanın cənubundakı Roquefort-sur-Soulzon qəsəbəsi yaxınlığındakı  mağaralardan birində çörəyini və pendirini unudub gedir. Bir neçə həftə sonra yenidən yolu o tərəflərdən düşən çoban çörək-pendirinin kifləndiyini görsə də, pendirdən yeyir. Və bu kiflənmiş pendirin çox ləzzətli olduğunu kəşf edir. Elə o zamandan da kiflənmiş pendir yeyilməyə başlayır.

 

1 qram göbələkdən 2 min kilo pendir


Hər nə qədər bu pendir Fransa ilə assosiasiya olunsa da, günümüzdə dünyanın bir çox yerində rokfor pendiri istehsal olunur. Əsl rokfor pendiri qoyun südü ilə hazırlanır və özünəməxsus maya ilə mağaralarda istehsal olunur.  Kif növü olan Penicillium Roquefort istifadə olunaraq emal olunan pendir göy rəngli kifi ilə məşhurdur. Pendirin alınması üçün çox az miqdarda kif yetərlidir. Belə ki, bir qram penicillium göbələyi 2 min kilo Rokfor pendirini kifləndirə bilər. Bu kif boz və ya yaşıl rəngdədirsə, deməli, ya pendir xalis deyil, ya da xarab olub. Rokfor pendiri uzun illər saxlansa da, yumşaqlığını qoruyur. Sərtləşən pendirlər də orijinal deyil və ya artıq xarab olub deməkdir.

 
Nə lazımdır? Yüksək rütubətlilik, aşağı temperatur


Rokfor pendirinin hazırlanması çox zəhmətlidir. İlk olaraq rokfor pendiri üçün kifin hazırlanmasına nəzər salaq. Buğda unu, çovdar unu, sirkə və maya qarışdırılaraq xəmir yoğrulur və bişirilir. Hazırlanan çörəklər 1,5  ay boyunca 12 dərəcə temperatu və 85 dərəcə rütubətliliyi olan mağaralarda kiflənməyə qoyulur.Daha sonra kiflənən çörəklər qurudulur və üyüdülərək toz halına salınır. Və beləcə rokfor kifi əldə olunur. Sonra qoyun südü 28 dərəcəyə qədər qızdırılır və pendir mayası ilə mayalanır. Özünü tutan pendirlər qəliblərə qoyularaq üzrərinə rokfor kifi tökülür. Qəliblərdəki pendir gündə 3 dəfə alt-üst çevrilməklə bu proses 6 gün boyunca davam etdirilir. Daha sonra pendir sement döşəmə üzərində 12 dərəcə temperaturda gündə 2-3 dəfə alt-üst çevrilərək suyu tam çəkilənə qədər saxlanılır. Bu, hələ son deyil. Ən sonda pendir kiflənmək üçün 90 dərəcə rütubət və 8 dərəcə temperaturda anbarda  saxlanılır.

 

Hamilələrə qadağandır!


Bəs, görəsən, bu kifli pendirin faydası varmı? Kalsiumla zəngin olan rokfor pendiri sümüklərin inkişafı və diş sağlamlığı üçün önəmlidir. Osteoparoz riskini də azladır. İçindəki kif sayəsində təbii antibiotik təsiri göstərərək xəstəliklərə qarşı müqaviməti artırır. Proteinlə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir. Amma xeyir əvəzinə, zərər də görmək olar bu pendirlərdən. Emal prosesi düzgün aparılmasa, xərçəng hüceyrələrinin artmasına səbəb ola bilər. Kiflənmə zamanı zərərli kiflərlə təması pendirin bütün faydalı xüsusiyyətlərini məhv edə bilər. Odur ki, pendir alarkən orijinal dadının və qoxusunun pozulmadığından, kif rənginin göylüyündən əmin olun. Hamilə qadınlara isə rokfor pendiri yemək məsləhət görülmür.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Qarabağ Azərbaycanındır! İşğala Son Qoy! - Los Ancelesdə - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13 Bu gün Azərbaycanda payız başlayır 23 Sentyabr 2019, 07:52 Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01