Modern.az

Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır - RƏSMİ

Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır - RƏSMİ

12 Sentyabr 2019, 17:41

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, şərhdə deyilir:

 

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!