Arxiv
16 Sentyabr 2019, 08:25 | AKTUAL
Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dən 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56 Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir 4 mart 2021, 23:42 Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb 4 mart 2021, 23:28 Abşeronda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 23:14 Əhmədinejat - Varlı ölkənin kasıb PREZİDENTİ 4 mart 2021, 23:06 Millimiz Moldovanı darmadağın etdi 4 mart 2021, 22:58 NATO-nun baş katibi Türkiyəyə başsağlı verdi 4 mart 2021, 22:44 Komitə sədri qazi paralimpiyaçılarla görüşdü - FOTO 4 mart 2021, 22:35 “Helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi” - Nazir 4 mart 2021, 22:22 Neftin qiyməti artdı 4 mart 2021, 22:11 Sahibə Qafarovadan Türkiyəyə başsağlığı 4 mart 2021, 22:00 Türkiyədə hərbi helikopter qəzaya uğradı - General həlak oldu - YENİLƏNİB 4 mart 2021, 21:49 Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib - Nazirlik 4 mart 2021, 21:41 “Yuventus” Ronaldo ilə vidalaşa bilər 4 mart 2021, 21:32