Modern.az

Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı...

Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı...

14 Sentyabr 2019, 14:42

Rusiyanın Yaroslavl vilayətində  ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu ilə yük maşını toqquşub.

Məlumata görə, avtobusda olan 30 sərnişindən 20-si xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Hadisə nəticəsində 9 nəfərin öldüyü bildirlir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü