Arxiv
14 Sentyabr 2019, 16:28 | AKTUAL
Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı...

Bakıda taksi xidmətləri təklif edən özəl şirkətlərin artması nəticəsində rəqabət mühiti, keyfiyyətli xidmət nisbətən yaxşılığa doğru irəliləyir. internet vasitəsilə sifariş, dəqiq məkan seçimi və sərfəli qiymət tətbiq edən şirkətlərin sayının artması müştərilərin də xeyli məmnunluğuna səbəb olur. Son zamanlar isə təklif edilən xidmətlər sırasında plastik kartlarla ödəniş də daxil edilib. Bu taksi xidmətlərindən istifadə edən sərnişinlərin işini xeyli asanlaşdırsa da, sürücülərin şikayətləri çoxalır. Müəyyən taksi xidməti təşkil edən şirkətlərlə müqavilə bağlamış fərdi sürücülər kartla ödənişin onlara sərf etmədiyini deyir. Sürücülər vergi ödənişini də əsas gətirərək, şirkətlə sürücü arasındakı faiz bölgüsündə itirdiklərini düşünürlər.

Bu barədə Modern.az-a danışan, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov xatırladıb ki, ölkəmizdə maliyyə, vergi siyasətinə diqqət etdikdə, nağdsız ödənişlərin artırılması üçün addımlar atıldığının şahidi oluruq. Onun sözlərinə görə, plastik kartlar, internet vasitəsilə ödənişlər aktivləşdirilir ki, insanlar əldə nağd pul saxlamasın:

“Çünki bu üsulla maliyyə şəffaflığı təmin olunur, gəlirlərin maliyyə dövriyyəsinin, ümumi iqtisadi dövriyyənin gizlədilməsi baş vermir. Dünyanın hər yerində bu belədir. Hətta dünyanın bəzi ölkələrində yaxın 50-100 ilə əskinasları tamamilə ləğv etməyin yolları haqqında müzakirələr aparılır.

Ona görə, taksi xidmətlərinin də plastik kartla ödənişə meyl etməsi normal hadisədir. Belə olarsa, həm müştərilər, həm şirkətlər, həm də əslində taksi sürücüləri üçün faydalıdır. Taksi sürücüləri, bu xidmətə qoşularkən şirkətlərlə aralarındakı müqavilə münasibətlərini öz maraqlarına uyğun planlaşdırmalıdırlar. Əvvəlcədən hər iki tərəfin öhdəliyi və mənafeyi dəqiqləşdirilməlidir. Bütün şərtlər müəyyən olunmalı, bütün sənədlər və rəsmi prosedurlar əvvəlcədən qaydasına qoyulmalıdır.

Problemlə qarşılaşmamaq üçün sürücülər özləri də bu cür dəqiqliyi ilə seçilən prosedurlara qoşulsalar, faydalıdır. Dünyanın hər yerində belədir kli, hansıaa fəaliyyətlə məşğul olan şəxs vergi ödəyir. Bu normaldır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20 Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57