Modern.az

Bakıda ağır qəza: 3 ölü, 6 yaralı

Bakıda ağır qəza: 3 ölü, 6 yaralı

Aktual

14 Sentyabr 2019, 23:50

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar