Arxiv
16 Sentyabr 2019, 15:22 | AKTUAL
Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”

 

Türkiyənin Gəncədəki konsulluğunda  Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönünü münasibətilə tədbir keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbir iki qardaş dövlətin himnlərinin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla anması ilə başladı. 

 

Tədbiri açan Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin tariximzdə yeri və rolu barədə geniş danışdı,  bu cür tədbirləri keçirməkdə məqsədimiz gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirməkdir dedi. Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə  və Gəncə şəhər icra başçının müavini Vəfa Abbasova çıxış edərək 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışdı.

 

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirdi ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib:

“Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb. Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”.

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində daha da yüskək səviyyəyə çatmaqdadır dedi. 

 

Millət vəkili Q.Paşayeva  gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb. 

Q.Paşayevanın dəvətilə Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönünü münasibətilə tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş “Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, “Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık, araşdırmaçı Neslihan Kabaklı  çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının bir-birinin yanında olduqlarından, ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs  etdilər. 

 

Sonra Nuru Paşanın başçılığı altında Qazqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsi və Bakının işğaldan azad edilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində  millət vəkilləri Qənirə Paşayeva, Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və xanımı, konsulluğun əməkdaşları Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsi və Bakının işğaldan azad edilməsi ilə bağlı tədbirdə iştirak üçün millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş qardaş Türkiyənin bir qrup aydın qadınları Meryem Aybike Sinan, Fatma Sönmez, Ayşəgül Büşra Çalık  və Neslihan Kabaklı Gəncədə “Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ni ziyarət ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə şəhərində Cümhuriyyətin Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi binada açılan bu muzeydə AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkilləri də nümayiş olunan eksponatlar ilə tanış olublar. Daha sonra Cavad Xan türbəsi, Gəncə İmamzadə kompleksi, dahi Nizami Gəncəvinin məqbərəsi və Türkiyənin Gəncədəki konsulluğu ziyarət edilib. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıdan təyyarə biletləri satışa çıxarıldı 2 İyun 2020, 10:03 Nazirlik 9 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi 2 İyun 2020, 09:58 Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 2 İyun 2020, 09:53 Milli Məclis iki qanunda ekoloji tələbləri müəyyənləşdirir 2 İyun 2020, 09:49 Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı 2 İyun 2020, 09:46 Parlament Azərbaycanda həkim-transplantoloqun vəzifələrini BƏLLİ EDİR 2 İyun 2020, 09:40 Azərbaycanda canlı donordan orqan transplantasiyası belə olacaq - QAYDALAR VƏ ŞƏRTLƏR 2 İyun 2020, 09:34 İyun ayının qeyri-iş günləri AÇIQLANDI 2 İyun 2020, 09:28 Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG... 2 İyun 2020, 09:22 Milli Məclisin bugünkü iclasının GÜNDƏLİYİ 2 İyun 2020, 09:20 Masallıda avtomobil kanala aşdı, sürücü öldü 2 İyun 2020, 09:16 Nazirlik cəbhədəki gərginliklə bağlı məlumat yaydı 2 İyun 2020, 09:10 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 2 İyun 2020, 09:05 Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO 2 İyun 2020, 09:00 “Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil” - MÜSAHİBƏ 2 İyun 2020, 08:53 İrəvanı bizdən alan QÜVVƏ - FAKTLAR 2 İyun 2020, 08:43 Könül Xasıyevaya ağır itki üz verib -FOTO 2 İyun 2020, 08:34 Yerə doğru təhlükəli asteroid yaxınlaşır 2 İyun 2020, 08:00 İsmayıllıda meşədə itən oğlan TAPILDI 2 İyun 2020, 07:50 Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44