Modern.az

Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək

Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək

Aktual

16 Sentyabr 2019, 19:50

“Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

 

F. Oktay deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşma və çalışmalar var: “TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası-red.) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə də ticarətini asanlaşdıracaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü