Modern.az

Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək

Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək

16 Sentyabr 2019, 22:46

Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 6-ci Sammiti Tehran şəhərində baş tutacaq.

Modern.az  xəbər verir ki, bu barədə üç ölkə liderinin İran prezidenti Həsən Ruhaninin saytında dərc edilmiş birgə bəyanatında deyilir.

Mətndə qeyd olunub ki, prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan növbəti üçtərəfli sammitin Tehranda keçirilməsinə dair razılığa gəliblər.

Bildirilib ki, sammitdə regional və beynəlxalq məsələlər, habelə müxtəlif sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Açıqlamada İsrailin Suriya ərazisinə zərbələr endirməsi Yaxın Şərq bölgəsində gərginliyi artırdığı da bildirilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir