Arxiv
17 Sentyabr 2019, 10:51 | İQTİSADİYYAT
Əli Məsimli: “Gələn ilin büdcəsində sosial xərclərə daha çox vəsait ayrılacaq”

Məlum olduğu kimi Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Maraqlıdır, bir çox detalları məlum olan və   ictimaiyyətə təqdim edilən büdcədə hansı dəyişikliklərə ehtiyac var? Ötən ilin büdcəsilə hansı fərqləri özündə ehtiva edir?

Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb.

 

Gözlənilməyən şok və kataklizmlər olarsa...

 

Ə.Məsimli 2020-ci ilin ilin büdcəsinin əsas cəhətlərindən danışarkən 3 məqamı xüsusi qeyd edib:

“Birincisi, 2020-ci ilin büdcəsi bir qədər aşağı, bir qədər yuxarı olmaqla, təqribən 2019-cu ilin makroiqtisadi şəraitinə oxşar bir şəraitdə reallaşacaq. Yəni 2020-ci ilin büdcəsində iqtisadi artım 2019-cu ilin yanvar-avqust aylarında özünü göstərən səviyyədə - 2,4 faiz səviyyəsində proqnozlaşdırılıb. Amma inflyasiya builkindən çox olacaq və ona görə də 4,6 % səviyyəsində proqnozlaşdırılıb. Manatın məzənnəsinin 1 manat 70 qəpik səviyyəsində qalacağı açıqlanıb. Həmçinin gələn ilin büdcə proqnozlarının əsasına dünya bazarında neftin qiymətinin 55 dollardan götürülmüş proqnozlar qoyulub. Hesab edirik ki, qlobal iqtisadiyyatda qeyri-adi şok, kataklizmlər və neftin qiymətində uzunmüddətli kəskin enmələr olmasa, sadaladığımız həmin əsas iqtisadi parametrlər gələn ilin büdcəsinin sabit şəkildə reallaşdırılması üçün iqtisadi cəhətdən əsaslar yaradacaq”.

 

“2020-ci ilin dövlət büdcəsinin 40 faizi sosial xərclərə yönəldiləcək”

Deputat 2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən bildirib ki, növbəti ildə də islahatlar davam etdiriləcək:

“İkincisi, bununla yanaşı gələn ilin büdcəsi 2019-cu ildə başlamış, eləcə də bir sıra sahələrdə genişləndirilməsi gözlənilən islahatların həyata keçirilməsi ilə paralel reallaşdırılacaq. Gələn il büdcə xərclərinin 2019-cu il ilə müqayisədə 427 milyon manat artırıb 25,6 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə xərclərinin artırılmasının əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla əlaqədar üçüncü, vacib, həm də müsbət məqam ondan ibarətdir ki, 2020-ci ilin büdcəsində əvvəlki illərin büdcələrilə müqayisədə sosiala, icbari tibbi sığortaya və sair sahələrə çox vəsait ayrılacaq. Belə ki, əgər 2019-cu ildə büdcənin sosial yönümlü xərcləri cəmi xərclərin 30 faizi ətrafında proqnozlaşdırılıbsa, 2020-ci ildə 2 milyard 664 milyon manat artırılaraq cəmi xərclərin 40 faizinin üstündə olacaq. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Əməyin ödənişi üzrə xərclər 6,7 milyard manata, təqaüd və sosial müavinətlər üzrə 3,2 milyard manata çatdırılacaq. 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsində 900 milyon manatdan artıq maliyyə vəsaiti nəzərdə tutulub”.

 

“Neftdən asılılıq artırılır”

Parlamentari 2020-ci ilin dövlət büdcəsi layihəsində müşahidə edilən çatışmazlıqları da qeyd edib:

“Gələn ilin büdcəsinin ilkin məlumatları ilə tanışlıq göstərir ki, 2020-cu ilin büdcəsi də özündən əvvəlki büdcələrdə olduğu kimi, bir sıra problemləri daşıyacaq. Həmin problemlərin içərisində daha çox diqqəti çəkən məqam ondan ibarətdir ki, büdcənin son iki ildə, yəni 2018–2019-cu illərdə olduğu kimi 2020-ci ildə də əvvəlki üç ildən fərqli olaraq neftdən asılılığı yenə gücləndirilməyə başlayıb. 2020-ci ildə Dövlət Neft Fondundan büdcəyə 2019-cu ildəkindən 400 mln. manat çox, yəni 11,8 milyard manata yaxın vəsaitin transfer edilməsi nəzərdə tutulub. Bu gəlirləri 24,5 milyard manata yaxın proqnozlaşdırılan büdcəsinin 48 faizi qədərdir. Gələn ilin büdcəsində neft amilinin birbaşa payı isə 57 faizdir. Dolayısı amilləri də əlavə etsək, bu rəqəm xeyli artar. Bu isə Azərbaycan büdcəsinin xarici konyunkturadan asılılığının gücləndirilməsi deməkdir. Hazırkı reallıqların məntiqindən çıxış edərək hər il Azərbaycanda Dövlət Neft Fondunun ehtiyatlarından büdcənin gəlirlərinin artırılması üçün istifadə edilir. Ona görə ki, hələ də vergilər, rüsumlar və sair vasitəsilə yığılan vəsait hesabına büdcədə nəzərdə tutulan cari xərcləri belə ödəmək mümkün deyil. Büdcəyə iri məbləğli əlavə vəsaitin cəlb edilməsi Dövlət Neft Fondu vasitəsilə həyata keçirilir. Amma bunun optimal variantda meyarları, hədləri, Strateji Yol Xəritəsində göstərildiyi kimi, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsinin “qızıl qaydaları” olmalıdır.

Azərbaycan iqtisadiyytının neftdən asılılığının qısa, orta, həm də uzunmüddətli perspektivdə azaldılmasının obyektiv zəruriliyini 2014-cü ildə dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və onun ardınca 2015-ci ildəki iki şok devalvasiyanın fəsadları diqtə edir. Beynəlxalq praktikadan məlumdur ki, neft amilindən asılılığın azaldılması əvəzinə artırılması xəttinin yeridilməsi makroiqtisadi sabitlik üçün çiddi təhdid yaradır. Ona görə də neft amilindən asılılığın artırılması xəttindən azaldılması siyasətinə keçilməlidir. Büdcə gəlirlərinin artırılmasında başqa mənbələrdən də geniş şəkildə istifadə eləmək lazımdır. Misal üçün, kölgə iqtisadiyyatının payını aşağı salmaqla, dövriyyəyə milyard manatlarla əlavə vəsait yönəltmək olar ki, bunu da vergiyə cəlb etməklə büdcəyə yüz milyonlarla manat əlavə vəsaitin daxil olması mümkündür. Son vaxtlar vergi və gömrük sahəsində həyata keçirilən islahatlar nəticəsində büdcəyə yönəldilən əlavə vəsaitlər qısa müddətdə artıq yüz milyon manatlarla ölçülür. Deməli islahatlar kontekstində atılan addımların genişləndirilməsi, o cümlədən korrupsiyaya, inhisarçılığa və onların doğurduğu çoxsaylı neqativlərə qarşı mübarizəni gücləndirmək vasitəsilə də büdcəyə milyardlarla əlavə vəsait cəlb eləmək olar ki, bunun hesabına da əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlik indikindən daha çox sosial layihələri həyata keçirmək mümkündür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37 Erkin Qədirli: “Deputat seçilsəm, 4 halda mandatdan imtina edəcəm” 10 Dekabr 2019, 17:26 “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - Mirşahin 10 Dekabr 2019, 17:21 Azercell ilə dahi Nəsiminin irsindən zövq alın - VİDEO 10 Dekabr 2019, 17:10 “Azəriqaz”ın rəhbəri müşavirə keçirdi 10 Dekabr 2019, 17:04