Arxiv
17 Sentyabr 2019, 14:56 | AKTUAL
Oyuncağa dönən mitinq məsələsi...

Elman Babayev


28 sentyabr mitinqi, əslində Milli Şuranın hazırlaşmadığı, sadəcə ictimai rəyi aldadan siyasi mübarizə görüntülü taktikasıdır

  

Milli Şuranın sentyabrın 28-nə təyin olunan aksiyasına hakimiyyətin icazə verəcəyi inanandırıcı görünmür. Görünən odur ki, elə  Milli Şuraya da məhz bu lazımdır: hakimiyyət mitinqə icazə verməsin!

Bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər (28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan) təklif olunub ki, həmin məkanlarda mitinqlərə razılıq verilməsi sadəcə mümkünsüzdür.

 

Yəni  meydan kimi arzulanan ərazilər çoxdan meydan statusunu itirib. Bu ərazilərdə yeni infrastruktur, müxtəlif ticarət və iaşə obyektləri inşa olunub, beləliklə, əhalinin ən gur olduğu ərazilərə çevrilib. Bu cür ərazilərdə əhalinin gediş-gəlişinə, istirahətinə əngəl törədilməsi baxımından mitinqin keçirilməsi mümkünsüzləşib.

 

Son illər müxalifətin hakimiyyətin təklif etdiyi yerlər içərisində razılaşdığı yeganə məkan - “Məhsul stadionu” isə bu ayın əvvəlindən təmirə bağlanıb. Bu baxımdan ola bilsin ki, hakimiyyət başqa variant  təklif edə bilər; bəs müxalifət başqa məkanlara razılaşarmı-inandırıcı görünmür.

 

Çünki yuxarıda vurğuladığımız kimi, müxalifət anlaşa bilmədiyi halda özünə daha çox ictimai diqqət qazandığını hesablayır, sadə dillə desək, belə bir fakt üzərindən özünə sərfəli oyun qurmaq həvəsinə düşür.     

Deməli, 28 sentyabr mitinqi, əslində Milli Şuranın hazırlaşmadığı, sadəcə ictimai rəyi aldadan siyasi mübarizə, siyasi fəaliyyət görüntülü bir mitinq taktikasıdır.

 

Milli Şura əmindir ki, hakimiyyət prinsipial davranacaq; aksiyalar üçün müəyyənləşdirdiyi konkret marşurutlardan kənara çıxmayacaq. Odur ki, təkrar edirik: geniş meydanlara iddia etməklə, müxalifət cəmiyyətdə özünün reklamını qurur, eyni zamanda, tərəfdarlarının ayrı bir zamanda qatılacağı mitinqin hazırlığı yönündə təbliğatla məşğul olur.

 

Bəs, bu təbliğat müxalifətə nə verir? Təbii ki, müəyyən qədər məhdud tərəfdarları müxalifətin siyasi planlarından xəbərdar olmuş olur. Lakin təbliğat cəmiyyətin dərin və daha geniş qatlarına işləmir, onun mövqeyinə təsir göstərmir.

 

Müxalifət coxdandır ki, istər icazəsiz, istərsə də icazəli aksiyalara qüvvət verən potensialından məhrum olub;  kütləvi aksiyalara meylli olsalar da, başa düşürlər ki, onların təşkilatcılığı ilə kecirilməsi planlanan mitinqlər fiaskoya məhkumdur, o ki qala icazə verilməyən ünvanlara təyin edilən aksiyaları təşkil etmək. Belə aksiyalar, ümumiyyətlə, baş tuta bilməz, hətta müxalifətə baha başa gələ bilər. Ona görə də çox güman ki, müxalifət sözçüləri təxirəsalınma üçün əslində coxunun gözlədiyi cavabı səsləndirəcəklər: “bizim istədiyimiz yerlərdə icazə verilmədi” və ya “sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb”. Artıq belə qənaət möhkəmlənir ki, müxalifət icazəsiz aksiyalarda siyasi zarafatlarla məşğul olmağı sevir, icazəli aksiyalara hazır olmadığını hakimiyyətin qadağası ilə pərdələməyə çalışır.  

 

Digər tərəfdən, bu gün müxalifət internetin imkanlarından geninə-boluna yararlanır. Əli Kərimli internet tv-də demək olar ki, hər gün müsahibələr verir. Əgər kütləvi tədbirlərdə müxalifətin şüarları məhdud auditoriyaya çatırsa, efir qarşısında milyonlarla tamaşacı dayanır və müxalifətin sözü həmin tamaşacının diqqətinə köçür. Qəti məsələdir ki, müxalifət efir müstəvisində nail olduqlarına heç bir şəkildə mitinq müstəvisində nail ola bilməyəcək. Özü də ki təyin edilib, təxirə düşən, beləliklə, oyuncağa dönən mitinq məsələsində.

 

Ən nəhayət, mitinqin tələbləri əhalinin tələbləri kimi qələmə verilə bilməz.

 

Bunlardan biri tibbi sığortanın tətbiqi tələbidir ki, artıq bir neçə rayonda bu sistem tətbiq olunur. Bir neçə aydan sonra, yəni gələn ilin yanvarından sistemin bütün ölkədə tətbiqi nəzərdə tutulur. Bu tələb həyata vəziqə qazandığından əhəmiyyətini itirib.

 

İkinçisi, uşaq pulunun bərpası tələbidir. Azərbaycanda bu gün  aztəminatlı ailələrdəki uşaqlara ünvanlanmış 10-dan atrıq müavinət növü var. Həmin müavinətlər də bu il artırılıb. Eyni zamanda, əmək haqqı və pensiyalarda artımlar edilib. Prezidentin əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı bu il imazaladığı sərəncamlar 4,2 milyon insanı əhatə edir. Artımların cari il üçün dəyəri 2,3 milyard manat təşkil edir. Hazırda ortalığa atılan uşaq pulu məsələsi sırf hakimiyyətin həyata keçirdiyi sosial müdafiə tədbirlərini gözdən salmağa hesablanıb.

 

Üçüncüsü, Dağlıq Qarabağ problemidir ki, Əli Kərimli guya hakimiyyətin torpaqları itirməyə razılıq verməsi kimi heç bir fakta söykənməyən iddialar səsləndirməkdə davam edir. Azərbaycan  ordusunun daha da güclənməsi, son illər həyata keçirdiyi uğurlu əməliyyatlar görməzdən gəlinir. Faktdır ki, hakimiyyətin Dağlıq Qarabağ məsələsində dəyişməz və prinsipial mövqeyi dəyişməyib. Belə bir şəraitdə Qarabağla bağlı hər hansı təhlükənin olmasını iddia etmək gülüncdür.

 

Dördüncü tələb seçki islahatlarının keçirilməsidir. Bu, hazırda əhalini düşündürən, narahat edən məsələdirmi? Əlbəttə ki, yox! 2018-ci il seçkilərindəki kütləvilik xalqın seçkiyə münasibətini ifadə etmirmi?

 

Beşincisi, siyasi məhbuslara azadlıq tələbidir. Bu o qədər çeynənmiş və gündəmdən düşmüş mövzudur ki, bunu əhalinin tələbi kimi qələmə vermək saxtakarlıqdır. Hakimiyyətin bu məsələdə mövqeyi dəfələrlə ifadə olunub və bildirilib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etmək imkanına malikdir.  

 

Sonuncu, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbləridir ki,  bu gün hakimiyyətin həll etməkdə olduğu məsələlər sırasındadır. Qazın limitinə bu ilin may ayında baxılıb. Təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Gözləniləndir ki, işıqla bağlı məsələyə də baxılısın. Sənədsiz evlərə sənəd verilməsi məsələsinə isə baxıldığı və yaxın vaxtlarda qərarın veriləcəyi bildirilib.

 

Beləliklə, ortada sadə bir həqiqət var: müxalifət zorla bir dirəniş yaratmaq, narazılar qrupu axtarıb tapmaq, mitinqlər üçün iştirakçı ovlamaq məqsədilə dəridən-qabıqdan çıxır!       

Hər dəfə iddia olunan rəqəmə yetişməyəndə, bunu süni yollarla şişirtmək, aksiya baş tutmadıqda, insanları “biz güclüyük” saxtakarlığına inandırıb ətrafına çəkmək fəaliyyətini inadla davam etdirmək üçün çarpışır...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16 Zakir Həsənov: "NATO ölkəmizin ərazi bütövlüyünə siyasi dəstək verir" 16 Oktyabr 2019, 13:08 ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı müzakirə olundu 16 Oktyabr 2019, 13:00 9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib 16 Oktyabr 2019, 12:54 Prokuror Elinanın direktoruna cəza istədi 16 Oktyabr 2019, 12:31 Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır 16 Oktyabr 2019, 12:23 Türk ordusu Suriyada 637 terrorçu zərərsizləşdirilib 16 Oktyabr 2019, 12:18 Tanınmış azərbaycanlı iş adamı avtomobil qəzasında öldü 16 Oktyabr 2019, 12:18 Jurnalistikada Azərbaycan və Türkiyə əməkdaşlığı müzakirə olundu - VİDEO 16 Oktyabr 2019, 12:08 İcra Hakimiyyətində yeni TƏYİNATLAR 16 Oktyabr 2019, 12:07 Deputat: “Prezident daha bir mesaj verdi” 16 Oktyabr 2019, 12:00 Azərbaycanda əmək müqavilələrinin sayı kəskin artıb 16 Oktyabr 2019, 11:58 Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq 16 Oktyabr 2019, 11:56 Minsk Qrupunun həmsədrləri Qarabağa gəldilər 16 Oktyabr 2019, 11:53