Modern.az

Yol polisini təhqir edən şəxs SAXLANILDI - FOTO

Yol polisini təhqir edən şəxs SAXLANILDI - FOTO

18 Sentyabr 2019, 12:51

Bakıda yol polisini kobud söyüşlərlə təhqir edən şəxs artıq saxlanılıb. Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının saxladığı şəxs barəsində müvafiq tədbir görüləcəyi bildirilir. Onun şəkli də artıq ictimailəşdirilib.

***

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

 

Bu barədə Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.

 

E.Hacıyev bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər