Modern.az

Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var”

Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var”

18 Sentyabr 2019, 18:57

"Gürcüstanın Ermənistanla da sərhəd problemi var".


Modern.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu deyib. 

"Gürcüstan XİN-nin açıqlamasında vurğulanır ki, Ermənistanla sərhəddin cəmi 71 faizi müəyyənləşib, sərhədin 65 kilometri danışıqlar predmetidir. Yəni 65 kilometrlə bağlı danışıqlar aparılmalıdır. Nisbət etibarilə bu Gürcüstan-Azərbaycan sərhəddinin müəyyənləşmədiyi hissədən az olsa da, (Gürcüstanla Azərbaycan arasında demilitasiya üzrə sərhəddin 66 faizi razılaşdırılıb) Tiflis İrəvanla da eyni mövzu ətrafında danışıqların intensivləşdirilməsini istəyir".

E.Şahinoğlu qeyd edib ki, Gürcüstanın Azərbaycana olduğu kimi Ermənistana da sərhəddə düşən kilsə iddiası var.

"Sadəcə, Azərbaycan sərhədinə gəlib bağıran və əsgərimizin silahını əlindən almaq istəyən gürcü millətçilərin eyni aksiyanı nədən Ermənistanla sərhəddə etməmələri sual doğurur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır