Arxiv
18 Sentyabr 2019, 19:42 | AKTUAL
Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü
Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.  

Modern.az xəbər verir ki, Görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanata əsaslandığını, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadi, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.

 

İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər vaxtı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio İki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu və Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.

 

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyek xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini deyib.

 

Görüşdə, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02 Pensiya artan insanların sayı - RƏQƏMLƏR  22 Yanvar 2020, 16:56 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR 22 Yanvar 2020, 16:50 Seçkiyə müdaxilə etmədiyinə görə işdən çıxarıldığı deyilən icra nümayəndəsi Modern.az-a DANIŞDI 22 Yanvar 2020, 16:43
SORĞU Yeni parlamentdə kimlər olsun?