Modern.az

Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO

Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO

19 Sentyabr 2019, 11:30

Türkiyənin Bilecik vilayətinin Bozüyük rayonunda dəmir yolu qəzası baş verib. Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sürətli qatar xəttinə nəzarət etmək üçün Ankaradan yola düşən lokomotiv Ahmetpınar kəndi yaxınlığında tuneldə olarkən relsdən çıxaraq divara çarpılıb.

 

Hazırda dəmir yolu xətti müvəqqəti olaraq hərəkət üçün bağlanıb. Hadisə ilə bağlı istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir