Arxiv
20 Sentyabr 2019, 11:27 | AKTUAL
Rektor: “Bazar iqtisadiyyatı tələblərinə uyğun mütəxəssis hazırlanmalıdır”

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə-iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda çıxış edib.

Modern.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında əmək bazarının tələblərini açıqlayıb:

“…Müstəqillik əldə etdikdən sonra uzun müddət ərzində yaşadığımız dövrün fərqli özəlliyi kimi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi qabartdıq. Yəqin ki, bu doğrudur. Həm də o doğrudur ki, bu, demək olar ki, bütün postsovet ölkələrində baş verdi. Bu istiqamətdə müzakirələr, tədqiqatlar hələ də davam edir. Ancaq həqiqət həm də ondadır ki, bu zaman “maddi” iqtisadiyyatdan “bilik” iqtisadiyyatına, həm də rəqəmsal iqtisadiyyata keçid və bununla əlaqədar əmək bazarında baş vermiş dəyişikliklər, tələb olunan kompetensiyaların öyrənilməsi və formalaşdırılması diqqətdən kənarda qaldı. Etiraf edək ki, bu yeni çağırış ali təhsil tərəfindən qəbul edilməmiş qaldı. Başqa sözlə, ali təhsil müəssisələri müasir mütəxəssislərə olan yeni tələblərə qeyri-həssas qaldılar. Məhz bunun nəticəsində təhsil prosesində formalaşmış vərdişlərlə iş yerində tələb olunan vərdişlər arasında uyğunluq yaratmaq mümkün olmadı və bir sıra hallarda bu uyğunsuzluq hətta artdı. Rəqəmsal iqtisadiyyat təhsil qarşısında ciddi cağırışlar yaratmaqla yeni yanaşmaları zəruri edir".

Rektor bildirib ki, Rəqəmsallaşma əmək bazarını, təhsili köklü surətdə dəyişir.

“Rəqəmsallaşma həm də iqtisadiyyat elminin əsas paradiqması ətrafında ciddi müzakirələri qaçılmaz edir. Belə ki, iqtisadiyyat elmi məhdud resursların artan tələbi ödəmək üçün səmərəli istifadəni özündə ehtiva etdiyi halda, rəqəmsal iqtisadiyyatda resursların məhdudluğu haqqında danışmaq artıq ciddi qəbul edilmir. Çünki rəqəmsal iqtisadiyyatda resurslar doğrudan da məhdud deyil. Rəqəmsal iqtisadiyyat miqyas effektinin də aktuallığını itirir.

Rəqəmsallaşma prosesinin əsas amilləri yüksəkixtisaslı mütəxəssislərlə yanaşı, müvafiq iş yerlərinin mövcud olmasıdır. Bu, təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini tələb edir, bunu qaçılmaz edir.

Rəqəmsal iqtisadiyyat həm də təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsilə əlaqədar peşələrin həyat tsiklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artmasını şərtləndirir. Eləcə də, yumşaq vərdişlərə, yəni sosial və emosional intellektə malik olmağı, son nəticədə insanı texnikadan fərqləndirən bacarıqlara və “rəqəmsal çevikliyə”, yəni nəticəni yaxşılaşdırmaq məqsədilə yeni texnologiyaları tətbiq etmək bacarığı və istəyi olan mütəxəsisslərə tələbi artırır.

 

Ə.Muradovun sözlərinə görə, rəqəmsal iqtisadiyyat ayrı-ayrı ixtisasları deyil, kompetensiyaları ön plana çıxarır.

“Rəqəmsal iqtisadiyyatın təsirinə dair iki rəqəm. McKinsey hesablamalarına görə, iş yerlərinin avtomatlaşması hesabına dünya ÜDM-i 2030-cu ilə qədər 9 trilyon dollar arta bilər. 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq.

Bütün bunlar ali təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyur.

Nə etməli?

  • Rəqəmsal iqtisadiyyat üçün yüksəkixtisaslı mütəxəsisslər hazırlamaq üçün ən vacib istiqamətlər üzrə öyrədən proqramların tətbiqi üzrə işlərə başlamaq lazımdır. Birgə tədris proqramlarının həyata keçirilməsi vacibdir.
  • Yeni ixtisaslar ölkəyə gətirilməlidir. Bu gün, əmək bazarında ən çox çatışmayan kompetensiyalar kommunikasiya və əməkdaşlıq, tənqidi və kreativ təfəkkür, eləcə də özünü inkişafa və təhsilə, özünütənzimləmə vərdişlərinə orientasiyadır. Yeni ixtisaslar və kompetensiyalar bu istiqamətdə universitetlərin səlahiyyət və sərbəstliyinin artırılmasını tələb edir.
  • Rəqəmsal iqtisadiyyatın yaratdığı digər ciddi bir çağırış budur: milli ali təhsil sistemi mütəxəssis hazırlığında milli əmək bazarının tələblərini əsas tutmalıdır, yoxsa beynəlxalq əmək bazarının tələblərini? Düşünürük ki, milli əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı vəzifəsi beynəlxalq əmək bazarı üçün rəqabətqabilliyətli mütəxəssis hazırlığı vəzifəsilə ziddiyət təşkil edir. Bu ziddiyyət milli əmək bazarının keyfiyyət tələblərilə beynəlxalq əmək bazarının keyfiyyət tələbləri arasında olan ciddi uyğunsuzluqdan qaynaqlanır. Bu baxımdan milli ali təhsil sistemi əmək bazarının tələblərindən daha çox, bazar iqtisadiyyatı tələblərinə uyğun müvafiq kompetensiyalara malik mütəxəssis hazırlamalıdır”.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53 Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları 18 Oktyabr 2019, 17:42 Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi 18 Oktyabr 2019, 17:39 Büdcədə sosial müdafiə və sosial təminat xərcləri üçün vəsait artırılır 18 Oktyabr 2019, 17:37