Arxiv
20 Sentyabr 2019, 17:29 | AKTUAL
Pompeo İlham Əliyevə məktub yazdı

ABŞ-ın dövlət katibi Maykl Pompeo Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Amerikanın Azərbaycandakı səfirliyindən Modern.az-a daxil olan məktubda deyilir:


“Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu il qeyd olunan 25-ci ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zamanda yer alır. Son 25 il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına dair göstərdiyi səylərdə sadiq tərəfdaşı olub. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçıya çevrilib, Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynayıb.

Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan "Cənub Qaz Dəhlizi"nə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağı davam edir. Prezident Trampın 26-ci Xəzər Neft və Qaz Sərgisi münasibətilə ünvanladığı məktubda qeyd etdiyi kimi, biz Sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq.   

Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə verib.

Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə Sizi təbrik edirəm.

Hörmətlə,

Maykl R. Pompeo”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50