Modern.az

Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib

Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib

Aktual

22 Sentyabr 2019, 11:56

Bakıdakı “Landmark” otelində Çili dövlətinin müstəqillik gününün 209-cu ildönümü qeyd edilib.
Modern.az-ın məlumatına görə, Çili səfirliyinin təşkil etdiyi tədbir Azərbaycan və Çili dövlətlərinin dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Çili Respublikasının Azərbaycandakı səfiri Qabriel Xara Maldonado öncə  səfirliyin dəvətini qəbul edib mətrasimə qatılan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra cənab Maldonado bildirib ki, iki əsrdən çox bir müddətdə Çilinin böyük bir hissəsini viran qoymuş təbii fəlakətlər də daxil olmaqla, siyasi və iqtisadi çətinlikləri dəf etdiklərinə görə bir xalq olaraq çox sevinirlər.

“Arzu etdiyimiz bir ölkədə yaşamaq üçün biz yenidənqurma işləri aparmalı  və bütün çətinliklərlə üz-üzə yaşamağa öyrənməli idik. Bugünkü Çili nəticə etibarı ilə 209 il ərzində etdiklərimizdən ibarətdir. Noyabr ayında Çili ilə Azərbaycan arasında diplomatik münasibətlərin  qurulmasından düz 25 il keçir. Bu həqiqətən bir imtiyaz çağırışıdır, çünki 21-ci əsrdə hər şey ikitərəfli münasibətlərin qurulması üçün edilməlidir. Bizi ayıran 1500 km-lik məsafə kimi maneələri dəf etmək lazımdır”.

“Start-up” layihəsi haqqındakı fikirləri səsləndirən səfir Maldonado sonda Çili Respublikasının prezidenti Sebastian Pinyera adından mərasim iştirakçılarını təbrik edib.

Səfirin çıxışından sonra Çilidə işləyib yaşayan üç gənc azərbaycanlı - Gülnarə Abdullayeva, Eyvaz Hüseynov, Şəhriyar Nəsirovun tədbir üçün hazırladıqları videoçarx  nümayiş olunub. Onlar Çilinin “Start-up” layihəsinin üstünlüklərini vurğulaydıqdan sonra, özləri və Çilidəki işləri haqqında məlumat veriblər.

Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxış edib, Azərbaycan Höküməti adından Çili Respublikasını Müstəqillik günü münasibətilə təbrik edib. O, Çili xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıb. Gündüz Cəfərov çıxışı zamanı bildirib ki, ölkələrimiz arasındakı mövcud siyasi dialoq ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsinə xidmət edir. Həmçinin Azərbaycanla Çili arasında iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşunda inkişaf etməkdə olan əməkdaşlıq mövcuddur.
“Əminəm ki, Azərbaycan Respublikası ilə Çili Respublikası arasındakı dostluq və əməkdaşlıq daha da inkişaf edərək, gələcəkdə xalqlarımızın rifahına xidmət göstərəcək”,-deyə o bildirib...           

 

 

 Leyla ŞAH

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!