Modern.az

Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!”

Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!”

Aktual

22 Sentyabr 2019, 20:47

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev məmurlara çağırış edib.

Modern.az-ın məlumatına görə, M.Musayev bildirib ki, bu gün müxalifətə üz tutub gedənlər müxalifəti istəyənlər deyil, sadəcə olaraq iqtidardan incik olanlardır:

“Çalışmaq lazımdır ki, vətəndaşlarımızı incik salmayaq, onların ağrı-acısına şərik olaq, mərdi qova-qova namərd etməyək. Hörmətli dövlət məmurları, xalqın xidmətində durmaq gərəkdir, şəxsi mənafeyinizi kənara qoyub, millətə və dövlətə xidmət edin! Bu, sizin vətəndaşlıq və vəzifə borcunuzdur!...”.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı