Arxiv
23 Sentyabr 2019, 17:26 | AKTUAL
Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!”

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər media və sosial şəbəkələrdə “eninə-uzununa” müzakirə olunmaqdadır. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

Əksəriyyət bu hadisəni deputatın ona göstərilən etimada hörmətsizlik etməsi kimi qiymətləndirir. Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı isə məsələyə  İntizam Komissiyasında baxıla biləcəyiini mümkün sayıb.

Milli Məclisin üç deputatı bu dəfə Modern.az-a bu olay barədə danışıblar.

Deputat Çingiz Qənizadə də bildirib ki, Milli Məclisə üzv seçilmiş hər bir şəxs ilk növbbədə deputat adının uca tutulması üçün çalışmalıdır:

“Deputat özünün şəxsiyyətini qoruyaraq, seçicilərinin ona göstərdiyi etimadı doğrultmaq üçün əlindən gələni etməlidir. İnsanlara diqqət, qayğı göstərməli, seçiciləri ilə daim ünsiyyətdə olmalıdır. Qanunverici hakimiyyətdə aktiv iştirak etməli, ölkənin ictimai siyasi həyatında fəal olmalıdır. Bir millət vəkili kimi seçilən adam anlamalıdır ki, 40 mindən çox seçici ona etimad göstərərək, deputat seçibsə, o, Azərbaycan Respublikasının – 10 milyonun millət vəkilinə çevrilib. Bu baxımdan, hər bir deputat öz oturuşu, duruşu, cibində gəzdirdiyi vəsiqəsi, üzərində daşıdığı nişanla nümunə olmalıdır. Deputatlar qanunlara hörmət etməli, onu pozmamalıdırlar”.

Milli Məclisin digər üzvü Araz Əlizadə isə ilk növbədə hadisələrin içərisində olmadığı üçün konkret fikir yürüdə bilməyəcəyini vurğulayıb. O, mediada deputat vəsiqəsi ilə deputat mandatını qarışdıranları da qınayıb:

“Mən və ya digər şəxslər mandatımız əlimizdə deyil ki, onu istədiyimiz kimi girov qoyaq. Mandat xalq tərəfindən verilir, məntəqə seçki komissiyası tərəfindən hesablanır, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənir. Deputatlara isə bunu təsdiq edən vəsiqə verirlər. Amma bu vəsiqə mandat deyil. Mandatı kimsə nə əlinə alır, nə də kimə isə girov verə bilir.

İnsan - kim olur olsun borc götürmək istəyirsə, banka gedib, hər şeyi sənədləşdirməli, krediti götürüb, hissə-hissə ödəməlidir. Xalqın ona tanıdığı səlahiyyətə hörmətdən qabaq, səlahiyyət sahibi özünə hörmət etməlidir”.

Deputat Tahir Rzayev isə diqqətə çatdırıb ki,  deputatlıq mandatı çoxsaylı seçicinin səsidir:

“Hər bir deputat buna hörmətlə yanaşmalı, qorumalıdır. Çünki bu seçicilərin etimadıdır. Biz mandatı uca tutmalıyıq ki, seçicilərin etimadını qorumuş olaq. Beləliklə, seçicilərə hörmətimizi, sevgimizi, ehtiramımnızı sübut edərik.

Buna riayət etməyən deputata qarşı atılmalı addımlar isə nizamnamədə, “Deputatın statusu haqqında”  qanunda həll edilir. Əvvəl isə müəyyən etmək lazımdır, deputatın addımı hansı dərəcədə xətadır, yaxud qanun pozuntusudur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17