Modern.az

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO

23 Sentyabr 2019, 19:00

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

 

Modern.az xəbər verir ki, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.

 

Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə