Modern.az

\"Qarabağ\" daha bir qələbə qazandı

\

23 Sentyabr 2019, 21:27

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Modern.az  xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda keçirilən turun son oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.

Görüşdə ilk qolu 12-ci dəqiqədə Maqaye Qeye vurub. 41-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero fərqi 2 topa çatdırıb. 44-cü dəqiqədə "Zirə"nin heyətində Anastasios Papazoqlu avtoqol müəllifi olub. 88-ci dəqiqədə isə meydan sahibləri təsəlli qolunu vura biliblər. Xulio Rodrigez cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra 15-ci xalını qazanan "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Zirə" isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir