Arxiv
24 Sentyabr 2019, 10:38 | AKTUAL
Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Lyudmila Bejenarunun  “Literaturnıy Azerbaydjan” jurnalında  “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı məqaləsi dərc olunub. 

 

Modern.az xəbər verir ki, akademik, Xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından söz açan müəllif müstəqillik dövründən sonrakı ədəbi mənzərəni təsvir edib. Müasir ədəbi istiqamətlərin isə daha çox azərbaycançılıq, multikulturalizm, tolerantlıq üzərində inkişaf etdiyi vurğulanır. 

 

Kamal Abdullanın dünya ədəbiyyatı kontekstində özünəməxsusluğu, fərqliliyi və orijinallığı həm multikultural, həm milli, həm də mifik düşüncə müstəvisində özündə cəmləşdirdiyi qeyd olunur. 

Həmçinin, məqalədə Xalq yazıçısının “Kitabi-Dədə Qorqud” dastanına yeni baxış və düşüncə forması gətirməsindən, tarixi, etnoqrafik və mifik məqamların bir sistem kimi qurulmasından danışılır.  

 

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirdiyi xüsusi olaraq vurğulanıb. 

 

Yazıçının yaradıcılığı özündə dərin inisiatik məna daşıyır, öz düşüncələrində fəlsəfidir və müəllif fantaziyasında hüdudsuzdur. Kamal Abdulla fəlsəfəsi dinidir, lakin onun fəlsəfəsinin coşqunluğu göylərə yönəlməyib; onun fəlsəfəsi ölümsüzlüyü təsdiqləmir. Bu fəlsəfə bəşəriyyətin varlığın və həyat məqsədlərinin mənasını yer üzərində cənnətin yaradılmasında, yəni dünyəvi həyatın elə qurulmasında görür ki, bu quruluş şəraitində insan öz mənəvi və əxlaqi keyfiyyətlərini daha tam şəkildə aşkarlaya və həyatında əsas prinsiplər kimi insanpərvərlik, xeyirxahlıq, ədalətlilik, həqiqət prinsiplərini bərqərar edə bilsin.

Rumıniyalı alim məqalədə qeyd edir ki,  Kamal Abdullanın yaradıcılığında Dədə Qorqud haqqında dastan, əsasən, mif haqqında ən yeni təlimlərə, mifik-tənqidi metodologiyanın “ritual” və “arxitektura” qollarına əsaslanmaqla, qapalı çevrə üzrə dövr edir.

Məqalədə həmçinin, Kamal Abdulla yaradıcılığının yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementi kimi göstərilir. Kamal Abdulla milli özünəməxsusluğu dünya ədəbi məkanına daxil edir, bununla da onu mifin yeni anlamı və yeni interpretasiyaları ilə zənginləşdirir.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46