Arxiv
24 Sentyabr 2019, 11:24 | AKTUAL
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti “9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi, “Caspian Energy” jurnalının fəaliyyətinin isə 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Caspian Energy Forum 2019” tədbiri dövlət və özəl sektorun, nüfuzlu regional və beynəlxalq təşkilatlardan olan çoxsaylı nümayəndələrin iştirakı ilə baş tutub.

 

Forumda İKT, aqrosənaye və turizm mövzularına həsr olunmuş panel müzakirəsində “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev məruzəçi qismində çıxış edərək şirkət tərəfindən Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirilən “Azerbaijan Digital HUB” proqramı və bu proqram çərçivəsində icra olunan iri infrastruktur layihələrindən bəhs edib. “25 il əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı enerji mərkəzi etdi. Hazırda bu konsepsiyanın davamı olaraq “AzerTelecom” şirkəti ölkəmizin həm də rəqəmsal mərkəz olması üçün “Digital HUB” proqramını icra edir”- deyə Fuad Allahverdiyev bildirib. O “Digital HUB” proqramının 3 mərhələdən ibarət olduğunu və bu mərhələlərin hər birinin icrasının ölkənin təkcə İKT sektorunun deyil, ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, onun rəqəmsallaşmasına və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə mühüm töhfə verəcəyini qeyd edib. Fuad Allahverdiyev proqram çərçivəsində Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) formalaşması, Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə “Transxəzər magistralı” fiber-optik kabel xəttinin çəkilişi layihəsinin detalları, ölkə daxilində magistral infrastruktur quruculuğu istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə icra edilən layihələr barəsində danışıb.

 

Forumda “AzerTelecom” şirkətinə Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkət olaraq “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib, “AzerTelecom” İlin Telekommunikasiya şirkəti adına layiq görülüb.

 

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31