Arxiv
27 Sentyabr 2019, 11:12 | HADİSƏ
Tanınmış vəkil: “Elinanın işinə qoşulmağa hazıram!” - MÜRACİƏT

“Hazırki vəziyyətdə reputasiyam üçün hansı mənfi nəticələr gətirə biləcəcəyini göz önünə alaraq, Elinanın yaxınlarının müraciət edəcəyi və razılığa gələcəyimiz təqdirdə, bu işdə onların hüquqlarını müdafiə etməyə hazıram”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış vəkil Adil İsmayılov Bakıda 162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın işinə qoşulmaq üçün bəyan edib.

“Elinanın işi ilə tam olmasa da, kifayət qədər tanışam. Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq çox mülayim desəm, bərbad vəziyyətdədir, dünən müşahidəçi kimi iştirak etdiyim məhkəmə prosesi də bu gedişlə nəyinsə dəyişəcəyinə ümid vermir”,-deyə vəkil bildirib.

 
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb. «Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?