Modern.az

“Eşqin dəyəri”

“Eşqin dəyəri”

Ədəbi̇yyat

30 Sentyabr 2019, 11:03

“Qədir” nə olduğun bilməyən gözəl,

Heç sənin qədrini bilə bilərmi ?

Bağında bircə gül əkməyən gözəl,

Güllərin qədrini bilə bilərmi ?

 

Günəş öz nurunu yayır aləmə,

Yox deyir bu dünya qəmə, ələmə,

Günəşin nurunu duymayan gözəl,

Günəşin qədrini bilə bilərmi ?

 

Sevgi yuvası var, bu can evimdə,

Məhəbbət dastanı yaşar qəlbimdə,

Gəl oxu, gör nə var bu ürəyimdə,

Ürək oxumağı bilməyən gözəl,

Bir  qəlbin qədrini bilə-bilərmi ?

 

Aşiqin göz yaşı çağlayıb gedir,

Dağ boyda dərdi var ağlayıb gedir,

Kərəm tək sinələr dağlayıb gedir,

Bu boyda bir eşqi duymayan gözəl,

Bu eşqin qədrini bilə bilərmi ?

 

Bir “qədir ağacı” əkdim səninçün,

Bir çiçək bağçası saldım səninçün,

Həyatda yaşadım yalnız səninçün,

Bunlara  bir dəyər verməyən gözəl

Həyatın qədrini bilə bilərmi?

 

Akif, hər yetənə vermə ürəyi,

Ver o şəxsə olsun onun gərəyi,

Bir gözəlin yoxsa arzu - diləyi,

Kiminsə qədrini bilə bilərmi ?

 

Akif Təvəkküloğlu

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır