Modern.az

Milli Məclisin sabiq komitə sədri vəfat edib

Milli Məclisin sabiq komitə sədri vəfat edib

3 Oktyabr 2019, 16:23

Milli Məclisin Mədəniyyət komitəsinin sabiq sədri Rauf İsmayılov vəfat edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, sabiq deputat dünən dünyasını dəyişib.

Bu gün Təzəpir məscidində keçirilən vida mərasimindən sonra R. İsmayılov torpağa tapşırılıb. Sabah "Təzəpir" məscidində mərhumun 3 mərasimi keçiriləcək.

 

Qeyd edək ki, R. İsmayılov 1990-1995-ci illərdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan sabiq deputat uzun illər Azərbaycan Texniki Universitetində Xarici dillər kafedrasına rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi