Arxiv
4 Oktyabr 2019, 13:05 | HADİSƏ
Yerüstü keçid var, eskalatoru isə yox – Ekspert: “Bu keçidləri quraşdırarkən düşünmək lazımdır ki…”

Hər birimiz paytaxtda piyadaların yolları rahat və təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlərin yaradıldığının şahidiyik. Amma Bakının yerüstü keçidlərinin bəzilərində eskalatorlar yoxdur.

 

Həmin keçidlərdəki eskalatorların olmaması xüsusilə də yaşlı, əlilliyi, səhhətində problemi olan insanların bu keçidlərdən istifadəsini çətinləşdirir. Onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir. Eskalatorlar olmadığı üçün insanlar məcburi şəkildə keçidlərdən piyada enib-qalxırlar. Bu hal şəhərin bir sıra ərazilərində müşahidə olunur. Yersüstü keçidlərin uzun pilləkənlərini qalxmaqda yaşlı və səhhətində problem olan şəxslər çətinlik çəkirlər. Hətta həmin pilləkənlərdə uşaq və əlil arabalarının keçməsi üçün də yer qoyulmayıb.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a bildirib ki, yerüstü keçidlərin bəzilərinə liftlər və digər elektron vasitələrin quraşdırlması həyata keçirilib.

 

“Liftlərin quraşdırılması hündürlüyü 5 metrdən yüksək olan keçidlər üçün xarakterikdir. Hündürlüyü 5 metrdən aşağı olan keçidlərə eskalatorların quraşdırılması əhəmiyyət kəsb eləmir. Lakin 5 metrdən hündür olan yerüstü keçidlərdə ya eksalatorlar, ya liftlər, ya da başqa mexaniki qurğular quraşdırılmalıdır. Çünki əhali yalnız sağlam insanlardan ibarət deyil, yaşlı, xəstə, uşaqlı insanlar da var. Bunlar hamısı nəzərə alınmalıdır”.

 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, yeraltı və yerüstü keçidlərin quraşdırılmasında diqqətli olmaq lazımdır.

 

“Keçidlərin quraşdırılması zamanı ən birinci təhlükəsizliyi, ikincisi isə səmərəliliyi nəzərə almaq lazımdır. Quraşdırılan keçiddən kimsə istifadə etməyəcəksə niyə buna xərc çəkilsin axı?! Keçid quraşdırılır və əhali yoldan istfadə edirsə, maşın kimisə vurub öldürdüsə keçidlərin təhlükəsizliyi hanı?! Ona görə də təhlükəsizlik və səmərəlilik prinsipləri nəzərə alınmalıdır”.

 

Ərşad Hüseynov bildirib ki, sürətli hrəkət olan, şəhərətrafı yollarda, şəhərə çıxış yollarında keçidlər quraşdırılmalıdır.

 

“Məsələn, Heydər Əliyev, Ziya Bünyadov, Nobel prospektində yüksək sürət müşahidə edilir. Bu kimi yerlərdə yerüstü keçidlər quraşdırılmalı və təhlükəsizlik prinsipi nəzərə alınmalıdır.  Şəhərətrafı ərazilərdən, Buzovna və Qala qəsəbəsində belə keçidlərə mütləq ehtiyac var. Yəni ki, bu keçidləri quraşdırarkən düşünmək lazımdır ki, onlar piyadaların daha çox ehtiyacı olan yerlərdə olsun və həmin keçiddən rahat istifadə edilə bilsin. Ahıllar, xəstələr, uşaq arabasından istifadə edən analar nəzərə alınmalıdır. Ona görə də yerüstü keçidlərə eskalatorların yerləşdirilməsi vacib məsələdir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? - Rəsmi CAVAB 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?