Modern.az

Doqquz ayda “Azərişıq”a 3359 sahibkar müraciət edib

Doqquz ayda “Azərişıq”a 3359 sahibkar müraciət edib

Aktual

4 Oktyabr 2019, 15:30

"Yanvar-sentyabr aylarında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artıb".

 

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli oktyabrın 4-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən ilin 9 ayında ASC-yə 1010 sahibkar müraciət edib.

“Sahibkarların müraciətlərinin sayında artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır”, - deyə E.Rüstəmli bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır