Modern.az

“Azərişıq” güclü küləklə bağlı hərəkətə keçdi

“Azərişıq” güclü küləklə bağlı hərəkətə keçdi

7 Oktyabr 2019, 10:14

“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.



Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib:

“Qarşıdakı 3 saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə etmişik. Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər