Modern.az

Jurnalist Mülatif Adurov xəstəxanaya yerləşdirilib

Jurnalist Mülatif Adurov xəstəxanaya yerləşdirilib

Media

7 Oktyabr 2019, 10:27

Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü, Qarabağ müharibəsi veteranı, qocaman jurnalist Mülatif Adurov Mərkəzi Klinik xəstəxanaya yerləşdirilib. Yazıçı-publisist Mahir Qabiloğlunun Modern.az-a verdiyi məlumata görə, iki gün əvvəl Mülatif müəllimin ürək ağrıları artıb. Hazırda vəziyyəti stabildir. Palataya köçürülüb.

 

Xatırladaq ki, Mülatif Adurov uzun illər Nəsir İmanquliyevin rəhbərlik etdiyi “Bakı” qəzetində çalışıb. Sonralar isə jurnalistik fəaliyyətini AzTV-nin İctimai-siyasi proqramlar və “Xəbərlər” redaksiyalarında davam etdirib. Müxtəlif vəzifələrdə, o cümlədən “Xəbərlər”in baş redaktor müavini, daha sonra isə baş redaktoru olub. Hazırda “Modern.az” saytının müəllif yazarlarından biridirr.

 

Həmkarımıza Allahdan şəfa və tez sağalmasını arzulayırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı