Modern.az

İsa Qəmbər seçimini ETDİ - Müsavat başqanlığına onu DƏSTƏKLƏDİ

İsa Qəmbər seçimini ETDİ - Müsavat başqanlığına onu DƏSTƏKLƏDİ

Aktual

9 Oktyabr 2019, 08:34

Müsavatın sabiq başqanı İsa Qəmbər partiyanının oktyabrın 12-də keçiriləcək qurultayında rəhbərliyə iddialı olan namizədlərlə bağlı mövqeyini açıqlayıb.


Modern.az xəbər verir ki, İsa Qəmbər seçiminin Müsavatın hazırkı başqanı Arif Hacılı olduğunu bəyan edib.

“Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”,-deyən İsa Qəmbər bunu onunla əsaslandırıb ki, Arif Hacılı Azərbaycanın təcrübəli siyasətçilərindən biridir.

“Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli-azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?”


İ.Qəmbərin fikrincə Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, ölkə və xalq naminə hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir.


“Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir”.

Müsavat Partiyasının qurultayı oktyabr ayının 12-nə planlaşdırılıb. Qurultayda partiyanın yeni başqanı seçiləcək. Başqanlığa namizədlər  Yadigar Sadıqlı, Tofiq Yaqublu və Arif Hacılıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır