Modern.az

“Əli Əsədov etimadı tam doğruldacaq” - Eldar İbrahimov

“Əli Əsədov etimadı tam doğruldacaq” - Eldar İbrahimov

9 Oktyabr 2019, 13:03

“Əli Əsədov istedadlı alim, gözəl ziyalı, səmimi, sadə və təvazökar bir insandır. Hər zaman sadəliyi və səmimiliyi ilə seçilib, fərqlənib. Fəaliyyətində, davranışlarında hər zaman səmimiyyətə, insanları dinləməyə, onların fikirlərini nəzərə almağa üstünlük verib. Bir dövlət adamı üçün bu, ən vacib şərtlərdən, göstəricilərdəndir…” 

Modern.az xəbər verir ki, bu fikirləri Etikxeber.az-a Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, parlamentin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov bildirib.


Onun sözlərinə görə, Əli Əsədova Baş nazir postunun etimad edilməsi dövlət başçısı tərəfindən onun fəaliyyətinə verilən böyük dəyər kimi qiymətləndirilməlidir:


“Eyni zamanda, onun Baş nazir vəzifəsinə təqdim olunmasını müsbət hadisə, uğurlu təqdimat kimi dəyərləndirirəm. Çünki Əli müəllim öz fəaliyyəti ilə belə bir yüksək etimada tam layiq insan idi. O, uzun illərdir ki, ölkə Prezidentinin İqtisdi məsələlər üzrə köməkçisi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin iqtisadi inkişafında böyük xidmətlər göstərmiş bir insandır. Əli müəllim ölkə Prezidentinin birbaşa təşəbbüsü nəticəsində gerçəkləşdirilən, reallığa çevrilən çox mühüm və strateji layihənin,  Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesinə uğurla başçılıq edib.

Həmçinin heç kimə sirr deyil ki, 2000- ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab Prezidenti qane etmirdi və şəhərdə yenidən qurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə tapşırdı. Qısa müddət keçəndən sonra bir birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir dünya standartlarına uyğun məktəblər tikildi,çoxsaylı mədəniyyət obyektləri, parklar, abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və sair. Əli müəllim onun üzərinə qoyulan  bu vəzifənin də öhdəsindən gəlməyi uğurla bacara bildi.  

O,  həmçinin,  digər məsələlərdə də üzərinə düşən işlərin, vəzifələrin öhdəsindən uğurla gəlməyi, ona göstərilən etimadı doğrultmağı bacarıb, ozünü əsl, peşəkar kadr kimi təsdiqləyib. Ən əsası Azərbaycan dövlətinə, dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyev yoluna, siyasətinə və bu yolun, bu siyasətin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevə sadiqliyi və sədaqəti ilə seçilib, tanınıb. Bu da səbəbsiz deyil”…


Komitə sədri xatırladıb ki, Əli Əsədov  hakim Yeni Azərbaycan Partiyasının (YAP) yarandığı ilk dövrlərdən özünü bu təşkilatla bağlayan insanlardan biri olub.


“1993-cü ildə partiyamızın sıralarına qoşulmaqla, təşkilatda fəallığı ilə seçilən insanlardan biri kimi özünü təsdiqləyib. Əli müəllim partiyamızın  Siyasi Şuranın üzvü kimi indi də YAP-ın Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynamasında fəallığı ilə seçilən partiya finksionerlərimizdəndir.

Onun sadəliyi, təvazökarlığı, insanları dinləmək bacarığı, fikirlərini nəzərə almaq keyfiyyəti hər kəs tərəfindən təqdirlə, rəğbətlə qarşılanıb.

Əli müəllim həm də YAP-ı parlamentdə-ilk çağırış Milli Məclisdə təmsil edən fəal və aktiv millət vəkillərindən biri olub. Öz fəaliyyəti ilə qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsində yaxından iştirak edib. Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə, ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2012-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Odur ki, Əli Əsədovun xidmətləri, fəaliyyəti nəzərə alınaraq, Azərbaycanın Baş naziri vəzifəsinə layiq bilinib”.

Eldar İbrahimovun fikrincə, Əli Əsədov Baş nazir kimi fəaliyyətində öz işgüzarlığı, peşəkarlığı ilə seçiləcək, ona gösrətilən etimadın öhdəsindən layiqincə gələcək:


“Eyni zamanda, ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar prosesinin öz hədəflərinə çatmasında, Azərbaycanın dövlətinin və dövlətçliyinin növbəti mərhələlərdə də inkişafında müsbət addımları və töhfələri ilə seçiləcək. Azərbaycan hökuməti,  Nazirlər Kabineti bundan sonra da dövlət başçısının siyasətinin əsas dəstəkçilərindın biri olacaq. Əli müəllimi uzun müddətdən bəri yaxından tanıyan bir insan kimi onu ürəkdən təbrik edirəm və Azərbaycan hökumətinə rəhbərliyində uğurlar, nailiyyətlər arzu edirəm.

Bir sözlə, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Hər kəs buna əmin olsun!”

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir