Arxiv
9 Oktyabr 2019, 18:41 | AKTUAL
İlham Əliyev Gürcüstanın Baş Nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

Modern.az xəbər verir ki, Baş Nazir Giorgi Qaxariyanı salamlayan Prezident İlham Əliyev dedi:

 

-Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

İlk növbədə, sizi Baş Nazir vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş Nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.

Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir. Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.

 

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya dedi:

-Təşəkkür edirəm, cənab Prezident, səmimi və xoş qəbulunuz üçün. Mənim üçün böyük şərəfdir ki, ilk xarici səfərimi məhz Azərbaycana edirəm. Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz.

Mən Sizinlə görüşləri xatırlayıram, biz bütün məsələlər ətrafında açıq söhbət edirdik. Bu, mənim üçün böyük təcrübə idi. Siz dediyiniz kimi, Azərbaycan və Gürcüstan ən yaxın dost və qardaş ölkələrdir. Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Bizim üçün çox vacib olan məsələdə - Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

 

Əlbəttə ki, insanlarımız arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir. Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var.

Əminəm ki, bugünkü səfərim, bugünkü görüşlərimiz son dərəcə səmərəli olacaq, dosta və düşmənə bir daha göstərəcək ki, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Onlar arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər.

Səmimi qəbul üçün Sizə bir daha təşəkkür edirəm.

 

 

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

 

Modern.az xəbər verir ki,  Prezidentin Mətbuat xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda ən çox yağıntı düşən rayonların adı açıqlandı - FAKTİKİ HAVA   22 Noyabr 2019, 11:18 Bakıda kirayə mənzillərə müraciət başlayır - Vətəndaş ona sahib də ola biləcək - ŞƏRTLƏR 22 Noyabr 2019, 11:16 ABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç oldu 22 Noyabr 2019, 11:15 Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi? - AÇIQLAMA 22 Noyabr 2019, 11:07 İsrailin yeni səfiri Bakıya gəlib 22 Noyabr 2019, 11:03 Erməni cəlladın məsələsi Ankarada müzakirə olunub 22 Noyabr 2019, 10:57 Azərbaycanda bu şirniyyatların satışı QADAĞAN olundu - FOTO 22 Noyabr 2019, 10:50 Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH 22 Noyabr 2019, 10:43 Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi 22 Noyabr 2019, 10:36 Heydər Əliyev prospektində qəza tıxaca səbəb oldu - FOTO 22 Noyabr 2019, 10:31 Xəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ 22 Noyabr 2019, 10:25 Kapital Bank təltif edilib 22 Noyabr 2019, 10:19 Şahdağ milli parkında atla yürüş keçirilib - FOTO 22 Noyabr 2019, 10:17 Serj Sarkisyan Qarabağdakı evindən DANIŞDI 22 Noyabr 2019, 10:16 Deputatlarımız Moskvada keçirilən Foruma qatılacaq 22 Noyabr 2019, 10:15 Bakı-Quba yolunda ağır QƏZA - VİDEO 22 Noyabr 2019, 09:56 Nazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdi 22 Noyabr 2019, 09:52 Zəhərlənmiş tələbələrdən yeni XƏBƏR  22 Noyabr 2019, 09:29 Erməni snayperlər mövqelərimizi atəşə tutdu 22 Noyabr 2019, 09:25 Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” - Etibar Əliyev 22 Noyabr 2019, 09:20 Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb 22 Noyabr 2019, 08:39 Moskvadakı Azərbaycan diasporu:  Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır? 22 Noyabr 2019, 08:19 Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55