Modern.az

Qırğız prezidenti Darxan Kıdıralı ilə görüşdü

Qırğız prezidenti Darxan Kıdıralı ilə görüşdü

9 Oktyabr 2019, 16:40

Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO ) prezidenti Darxan Kıdıralı ilə görüşüb. Görüşdə Türk Aademiyasının professoru Kıdıralı Konkobayev də iştirak edib.  Qırğız prezidentinin iqamətgahında baş tutan İkitərəfli görüşdə təhsil  və elmi tədqiqatlar  sahəsində əməkdaşlıq müzakirə olunub.

Qırğız prezidenti Türk Akademiyasına  “Manas” dastanının  dünyada yayılması 2018-ci ildə Çingiz Aytmatovun 90 illiyi  və münasibəti ilə keçirdiyi tədbirlərə görə minnətdarlıq edib.

Soooronbay Jeenbekov  Akademiyanın türk irsinin və elminin , türk tarixinin araşdırılmasında apardığı gərgin əməyi və təhqiqatları yüksək qiymətləndirib.  Akademiyanın dünyanın müxtəlif ölkələrində keçirdiyi  seminar, simpozim və konfranların  türk irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd edib ki, TÜRK DÖVLƏTLƏRİ İLƏ akademiya arasındakı mədəni-humanitar əməkdaşlığın dövlətlər arasındakı münasibətlrin yüksəlməsində müstəsna rolu vardır.  Qırğız dövlət başçısı eyni zamanda Yusub Balasaqunun Kudadqu Bitik əsərinin 950 illik yubileyi münasibəti ilə  noyabr ayında beynəlxalq konfrasın keçiriləcəyini bildirib.

Beynəlxalq Türk Akademiyasının (TWESCO ) prezidenti Darxan Kıdıralı  Akademiyanın barədə geniş məlumat verib,  bu günə qədər gördüyü  işlər, keçirdiyi beynəlxalq simpozium və konfranslar, beynəlxalq ekspedisiyalar  eyni zamanda Akademiya tərəfindən Qırğızıstanda və  üzv ölkələrdə keçirəcəkləri tədbirlər haqqında danışıb. 

Qeyd edək ki,  2018-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralını Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif  edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər