Modern.az

Kiyevdə öldürülən azərbaycanlı tələbə Bakıda magistr təhsili alırmış

Kiyevdə öldürülən azərbaycanlı tələbə Bakıda magistr təhsili alırmış

10 Oktyabr 2019, 13:24

“Kiyevdə qətlə yetirilən tələbə Cavid Hacıyev İqtisad Universitetinin tələbəsidir. Bizim universitetdə magistr təhsili alırdı. Bizə onun hansı şəraitdə dünyasını dəyişdiyi bəlli deyil”.

Bu fikirləri Modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov tələbənin ölümü ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, qətlə yetirilən tələbə nümunəvi gənc olub:


“Cavid Hacıyev çox aktiv tələbələrimizdən biri idi. Bakıda yaşayırdı. Özü də  magistratura təhsili alırdı. Ancaq onu dəqiq deyə bilərəm ki, Kiyevə getməsi  təhsillə bağlı olmayıb”.

Qeyd edək ki, 23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirildiyi barədə xəbərlər yayılıb. O, İqtisad Universitetində magistr təhsili alırmış.


Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.

 
Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:

"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır