Modern.az

Milli Şura mitinq təyin etdi – müxalifət aksiyanı bu ünvanlarda keçirmək istəyir

Milli Şura mitinq təyin etdi – müxalifət aksiyanı bu ünvanlarda keçirmək istəyir

Aktual

10 Oktyabr 2019, 16:12

 

“Bakı Şəhər İcra Hakimiyyətinə mitinqin keçiriləcəyi yerlə bağlı müraciət etmişik, dəqiq cavab gələn həftə bilinəcək”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.

 

Onun sözlərinə görə, müraciət 5 iş günü içərisində cavablandırılmalıdır:

 

“Müraciətdə bir neçə ünvan qeyd etdik: “Nərimanov” metrosunun qarşısı, Tofiq Bəhramov adına Respublika stadionunun girişi və “28 May” metrostaniyasının yaxınlığı. Artıq gələn həftənin ikinci günü bizə dəqiq cavab veriləcək. Mitinqi günorta saat 15:00-da başlamağı planlaşdırırıq”.

 

Qeyd edək ki, 19 oktyabrda mitinqin keçiriləcəyi ilə bağlı qərar bir neçə gün əvvəl Milli Şuranın təşkil etdiyi piket zamanı verilib.

 

Sizə yeni x var
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!