Modern.az

Tanınmış aktyor məktəb direktorundan üzr istəyəcək 

Tanınmış aktyor məktəb direktorundan üzr istəyəcək 

Təhsil

13 Oktyabr 2019, 13:15

Bu ilin əvvəlində aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında qalmaqalla bağlı məhkəmə işlərindən biri yekunlaşıb.

Modern.az xəbər verir ki, R.Rzayevin "Facebook" sosial şəbəkəsində direktor haqda yazdığı statuslarda ona böhtan atması və təhqir etməsi iddiası üzrə qərar verilib. Aktyor həmin statuslarda direktora "Fetöçü" deyərək sonra təhqir edib.

Məhkəmə qərar verib ki, bunlara görə, aktyor məktəb direktorundan üzr istəməli, onun haqqında yazdıqları barədə təkzib verməli və 500 manat cərimə olunmalıdır. Bu işə üçüncü tərəf kimi cəlb olunan xəbər saytları isə təkzibi dərc etməlidirlər.

Aktyor bu qərardan apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi bunu qüvvədə saxlayıb.

R.Rzayevin direktoru döyməsinə görə açılan cinayət işi üzrə məhkəmə prosesi isə hələ də davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı