Modern.az

Nazirdən müavinətlərlə bağlı yeni XƏBƏR: “Müraciətlərə ehtiyac olmayacaq”

Nazirdən müavinətlərlə bağlı yeni XƏBƏR: “Müraciətlərə ehtiyac olmayacaq”

Aktual

14 Oktyabr 2019, 12:32

"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu sırada həm əlilliyə görə, yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır:

"Bunların hər biri barədə ilin sonuna qədər mütəmadi şəkildə məlumat veriləcək. Ümumilikdə fikrimiz ondan ibarətdir ki, ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirək. Bu xidmətlər elektonlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək".

Начало формы

Конец формы

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir