Arxiv
15 Oktyabr 2019, 16:10 | AKTUAL
Azərbaycanlı deputatlar 154 ölkənin qatıldığı beynəlxalq tədbirdə

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaslığın töhfəsi” mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edirlər.

 

Modern.az xəbər verir ki, tədbirdə dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndə iştirak edir.

 

Oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb. Forumda Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqularının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqularının müdafiəsi sahəsində görülmüş işlər, son illər ərzində ölkəmizdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırılıb.

 

Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda nümayəndə heyətimizin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak edib. O, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə, bu sahədə həyata keçirilən layihələr barədə məlumat vermiş, həmkarlarını maraqlandıran sualları cavablandırıb.

 

Həmin gün Assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə olunaraq qəbul edilməsi məqsədilə Hindistan tərəfindən “İqlim dəyişikliyi problemlərinin həlli”, Fransa, Almaniya, Böyük Britaniya, İsveçrə və Misir tərəfindən “Mülki əhalinin müdafiəsi, beynəlxalq təhlükəsizlik, Türkiyənin Suriyada hərbi əməliyyatlarının dayandırılması”, Türkiyə tərəfindən “Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları”, Peru tərəfindən isə “Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması” adlı qətnamə layihələri irəli sürülərək səsə qoyulmuşdur. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləmiş, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs vermişdir. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq, Assambleyanın gündəliyinə daxil edilib.

 

Assambleyanın işində ölkəmizin Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov da iştirak edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27