Modern.az

Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR

Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR

15 Oktyabr 2019, 17:40

Dünyanın heç bir ölkəsində gender bərabərliyi əldə edilməyib - Şərqi Avropa və Orta Asiyada, xüsusən də kənd yerlərində gender bərabərsizliyi hələ də bir problemdir. Beynəlxalq Kənd Qadınları Günü ilə FAO kənd qadınlarının vəziyyəti və davam edən və tezliklə onların gücləndirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlılığı artırır və kənd qadınları və qızlarının insan hüquqlarından tam şəkildə istifadə etmələrini təmin etmək üçün tədbirlər görməyə çağırır.

 

Modern.az xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində işləyənlərin 55.9 faizinin qadınlar olduğunu, o cümlədən, qeyri-rəsmi məşğulluqda qadınların üstünlük təşkil etdiyini nəzərə alsaq, qadınlar kənd təsərrüfatında mühüm rol oynayır.

Onlar aclıq, qeyri-kafi qidalanma və yoxsulluq kimi problemləri aradan qaldırmaq üçün əsas qüvvədirlər.

 

Bütövlükdə iqtisadiyyata və xüsusən kənd təsərrüfatına əhəmiyyətli töhfə versələr də, onların işləri çox vaxt tanınmır və mükafatlandırılmır; daha nadir hallarda onlar təsərrüfat müdirləri və ya qərar verənlər kimi iştirak edirlər; və qeyri-rəsmi və ödənilməyən işlərdə həddən artıq təmsil olunurlar. Kənd qadınları üçün ev işlərinin payı kişi həmkarları və şəhərdə yaşayan qadınları ilə müqayisədə olduqca yüksəkdir ki, bu da onların peşə təhsili, təlim və gəlir gətirən iqtisadi fəaliyyətlə məşğul olmaq imkanlarını məhdudlaşdırır.

 

Çiyinlərinə düşən ağır məsuliyyətə baxmayaraq kənd qadınları imkan və resurslardan bərabər istifadə etməkdən məhrumdurlar. Bu, onların uğur qazanmalarını ləngidir və bütün insanları geri çəkir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtara bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaq. Bu isə 150 milyon insan deməkdir. Kənd qadınlarının övladları səhiyyə xidmətlərindən, təhsil və qidalanma imkanlarından daha yaxşı istifadə etdikcə bu xeyirlər daha da artacaq.

 

Bu və digər problemləri aradan qaldırmaq üçün FAO-nun Azərbaycandakı nümayəndəliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti ilə birgə “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsinə start vermişdir. Layihə qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını yaxşılaşdıracaqdır və həm özlərinin, həm də ailələrinin və kənd icmalarının dolanışıq səviyyələrinin dayanıqlı şəkildə inkişafına şərait yaradacaqdır.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi