Modern.az

Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var

Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var

Aktual

15 Oktyabr 2019, 20:02

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə düşüb.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb:

"Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu  qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib".


Rəsmi məlumata görə, bir neçə saata xəstələrin ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi